Главная > Siyasət > Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıq
Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıq17-02-2021, 18:21. Разместил: yeni321 |
Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıqPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini televiziyada izlədim.Azərbaycanın dilbər guşələrindən olan Qarabağ bölgəsi 30 ilə yaxın idi ki, mənfur erməni qəsbkarları tərəfindən işğal edilmişdi.Torpaqlarımızın işğal olunmasında iqtisadiyyatımızın, ordumuzun zəifliyi səbəblər arasında olsa da, satqınlıq və xainlik faktorları da gözardı edilməməlidir. Bunu cənab Prezident İlham Əliyev də öz çıxışlarında bildirmişdir. Cənab Ali Baş Komandan “Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!”-deyərək, illər keçsə də, vəziyyətin vacibliyinə diqqət yönəltmişdir. Torpaqlarımızı işğal edən ermənilər orada saysız-hesabsız azğınlıqlar nümayiş etdirmişlər. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri, qəsəbələri və rayonları ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunlaşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. 30 ilə yaxın uzun bir müddət ərzində ermənilərin tapdağında olan torpaqlarımızın azad edilməsi yolunda çox gərgin və zəhmətli işlər görülmüşdür. Mərhum Prezidentimiz cənab Heydər Əliyev məsələnin sülh yolu ilə həll olunması üçün uzun illər mübarizə apardı. Onun dönməz və uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev üçün də ən prioritet məsələlərdən biri torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü olmuşdur. Səbri tükənən xalqımız rəşadətli ordumuz və uzaqgörən rəhbərimizin səyi nəticəsində torpaqlarımızı işğaldan azad etdi. Prezidentin də dediyi kimi, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Torpaqlarımızda tarixi qələbəni qazandıqdan sonra vaxt itirmədən və gözləmədən bərpa və quruculuq işlərinə start verilmişdir və çox qısa müddət ərzində böyük işlərə imza atılmışdır. “Qarabağı cənnətə çevirəcəyik və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq” deyən Prezident artıq lazım olan bütün əhəmiyyətli göstərişləri vermiş və göstəriş verməklə kifayətlənməyərək, görülən işlərə nəzarəti gücləndirmişdir. Görülən işləri qısqanclıqla qarşılayan düşmənlərimiz hələ də dinc dayanmır, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Lakin cənab Ali Baş Komandanımızın uğurlu siyasəti və uzaqgörənliyi buna imkan verməyəcək. Belə ki, prezidentimizin də qeyd etdiyi kimi, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Azadəli Vəliyev, Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin direktoru Вернуться назад |