• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıq

    Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıq

     

    Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıq

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini televiziyada izlədim.


      Azərbaycanın dilbər guşələrindən olan Qarabağ bölgəsi 30 ilə yaxın idi ki, mənfur erməni qəsbkarları tərəfindən işğal edilmişdi.Torpaqlarımızın işğal olunmasında iqtisadiyyatımızın, ordumuzun zəifliyi səbəblər arasında olsa da, satqınlıq və xainlik faktorları da gözardı edilməməlidir. Bunu cənab Prezident İlham Əliyev də öz çıxışlarında bildirmişdir. Cənab Ali Baş Komandan “Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!”-deyərək, illər keçsə də, vəziyyətin vacibliyinə diqqət yönəltmişdir.
     
    Torpaqlarımızı işğal edən ermənilər orada saysız-hesabsız azğınlıqlar nümayiş etdirmişlər. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri, qəsəbələri və rayonları ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunlaşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.
     
    30 ilə yaxın uzun bir müddət ərzində ermənilərin tapdağında olan torpaqlarımızın azad edilməsi yolunda çox gərgin və zəhmətli işlər görülmüşdür. Mərhum Prezidentimiz cənab Heydər Əliyev məsələnin sülh yolu ilə həll olunması üçün uzun illər mübarizə apardı. Onun dönməz və uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev üçün də ən prioritet məsələlərdən biri torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü olmuşdur. Səbri tükənən xalqımız rəşadətli ordumuz və uzaqgörən rəhbərimizin səyi nəticəsində torpaqlarımızı işğaldan azad etdi. Prezidentin də dediyi kimi, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik.
     
    Torpaqlarımızda tarixi qələbəni qazandıqdan sonra vaxt itirmədən və gözləmədən bərpa və quruculuq işlərinə start verilmişdir və çox qısa müddət ərzində böyük işlərə imza atılmışdır. “Qarabağı cənnətə çevirəcəyik və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq” deyən Prezident artıq lazım olan bütün əhəmiyyətli göstərişləri vermiş və göstəriş verməklə kifayətlənməyərək, görülən işlərə nəzarəti gücləndirmişdir.
     
    Görülən işləri qısqanclıqla qarşılayan düşmənlərimiz hələ də dinc dayanmır, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Lakin cənab Ali Baş Komandanımızın uğurlu siyasəti və uzaqgörənliyi buna imkan verməyəcək. Belə ki, prezidentimizin də qeyd etdiyi kimi, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.
     Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
     
    Azadəli Vəliyev,
    Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin direktoru

      
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ