Главная > Siyasət > Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir
Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir18-02-2021, 18:30. Разместил: yeni321 |
Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri ilə bağlı tezislə tanış oldum. Mən də öz təəssüratlarımı bölüşmək istəyirəm.8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarixi gündür. Bu, Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Tarixi Zəfər qalibiyyətimizdir. 44 gün davam edən Vətən Müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi.Bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirən Azərbaycan xalqıöz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mənfur düşmənə öz sarsılmaz gücünü göstərdi.Bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolunun olduğudanılmaz faktdır.Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilərək yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədəböyük siyasi iradə ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi.Vətən müharibəsinin ən böyük əhəmiyyəti doğma torpaqlarımızın işgaldan azad edilməsi, düşmənin torpaqlarımızdan qovulmasıdır.“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının,onun hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi oluruq.Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti: Özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmişdir, ərazi bütövlüyünü təmin etmişdir,qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir,ölkədə möhtəşəm birliyə nail olmuşdur,BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsini təmin etmişdir, dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir,Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratmışdır.Vətən müharibəsində tarixi qələbəmizin ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır.Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi ilə reallaşan layihələrin davamı olaraq ölkədə çoxşaxəli əhəmiyyətə malik dəmir yol infrastrukturun bərpası artıq başlamışdır.Nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti vardır.Prezidentin sözlərinə görə ,bölgə ölkələri yol tikintisinə böyük maraqla yanaşırlar.İlham Əliyevintəməlini qoyduğu ,uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır.Prezident İlham Əliyev:” Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyası əhəmiyyətini artırır,iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.” Bəli, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir. Bu qələbə regiona və bütün dünyaya daha böyük zəfərlər vəd edir. Məhbubə Şahbazova, Masallı rayonu, Bədəlan kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini. Вернуться назад |