• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir

    Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir

     

    Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri ilə bağlı tezislə tanış oldum. Mən də öz təəssüratlarımı bölüşmək istəyirəm.
    8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarixi gündür. Bu, Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Tarixi Zəfər qalibiyyətimizdir. 44 gün davam edən Vətən Müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi.Bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirən Azərbaycan xalqıöz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mənfur düşmənə öz sarsılmaz gücünü göstərdi.Bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolunun olduğudanılmaz faktdır.Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilərək yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədəböyük siyasi iradə ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi.Vətən müharibəsinin ən böyük əhəmiyyəti doğma torpaqlarımızın işgaldan azad edilməsi, düşmənin torpaqlarımızdan qovulmasıdır.“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının,onun hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi oluruq.Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti: Özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmişdir, ərazi bütövlüyünü təmin etmişdir,qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir,ölkədə möhtəşəm birliyə nail olmuşdur,BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsini təmin etmişdir, dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir,Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratmışdır.Vətən müharibəsində tarixi qələbəmizin ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır.Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi ilə reallaşan layihələrin davamı olaraq ölkədə çoxşaxəli əhəmiyyətə malik dəmir yol infrastrukturun bərpası artıq başlamışdır.Nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti vardır.Prezidentin sözlərinə görə ,bölgə ölkələri yol tikintisinə böyük maraqla yanaşırlar.İlham Əliyevintəməlini qoyduğu ,uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır.Prezident İlham Əliyev:” Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyası əhəmiyyətini artırır,iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.”
    Bəli, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir. Bu qələbə regiona və bütün dünyaya daha böyük zəfərlər vəd edir.

    Məhbubə Şahbazova,
    Masallı rayonu, Bədəlan kənd tam orta məktəbinin
    təlim-tərbiyə işləri üzrə direktor müavini.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ