• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır

    Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır

    Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır 

    - Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir;
    - Şuşanın işğaldan azad edilməsi şanlı Qələbənin rəmzidir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi;
    - Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq;
    - Qarabağa həyat qayıdacaqdır. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
    Müzəffər Azərbaycan Ordusu
    - Qalib Azərbaycan Ordusu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu;
    - Qələbə səlnaməsi. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı;
    - Təzyiqlərə rəğmən qazanılmış Qələbə. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir;
    - Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi;
    - Güc və həmrəylik rəmzi olan dəmir yumruq. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir;
    - Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi. Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.
    Rəsmi İrəvan məsuliyyətsiz və faşist məzmunlu siyasət yürüdür

    - Düşmən mütləq məsuliyyət daşımalıdır. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir;
    - Bütün dünya erməni vandalizm aktlarının şahididir. Mənfur düşmən vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir;
    - Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib;
    - Erməni miflərin məğlubiyyəti. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu;
    - Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.

    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    2. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    4. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    5. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    6. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    7. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    8. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    9. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    10. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    11. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    12. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    13. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    14. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    15. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    16. 23:30 22 iyul Milli Mətbuat günü
    17. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    18. 23:00 22 iyul Milli Mətbuat Günü 
    19. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    20. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    21. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    22. 11:06 Azərbaycan mətbuatı – 150
    23. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    24. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    25. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    26. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    27. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    28. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    30. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    31. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    32. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    33. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    34. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    35. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    36. 16:08 Masallıda taxıl biçini başa çatdı
    37. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    38. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    39. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    40. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ