Главная > Siyasət > Bizi sabaha aparan siyasi qüvvə

Bizi sabaha aparan siyasi qüvvə


10-03-2021, 15:37. Разместил: yeni321
Bizi sabaha aparan siyasi qüvvə
 
Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyinə qovuşandan sonra hakimiyyət uğrunda mübarizə başlandı. Xüsusilə hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü xalqın düyünlü problemlərinin həllində ilişib qaldı. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Xalqın vəziyyəti getdikcə ağırlaşır, silahlı dəstələr yaradılır, bir çoxları özlərini hakim-mütləq sayırdı. Artıq xalqın səbr kasası dolmuşdu.
Azərbaycanı bu bəlalardan qurtarmaq, ölkənin idarəetməsində beynəlxalq təcrübəni həyata keçirmək, dövlətçiliyin möhkəmləndirilməsi üçün məqsədyönlü siyasət vacib idi.
Ölkənin belə çətin vaxtında böyük idarəetmə məharəti olan Heydər Əliyev Naxçıvanda idi. Azərbaycanın bütün bölgələrində xalqın dərdlərinin həlli üçün narahat olan ziyalıları xalqın çətin anlarında məhz Naxçıvana üz tutdular.
Ulu Öndər soyuq bir qış günü onları qəbul edib dinlədi. Ümumi məqsəd isə xalqı irəli aparan, dövlətçiliyi möhkəmləndirmək üçün bir siyasi qüvvəyə ehtiyac olduğu əminliklə qeyd edildi. Elə həmin görüşdə müstəqil Azərbaycanı hər cür bəlalardan qurtara biləcək Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu Öndər elə həmin təsis yığıncağında bu partiyanın gələcək məqsəd və məramını açıqladı. Partiyanın Nizamnaməsi qəbul edildi. Məhz Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında da hakim partiyanın sədri, Prezident İlham Əliyev  bu məziyyətlərə eyham vuraraq bildirib: “Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi...”
Yeni Azərbaycan Partiyası Ulu Öndərin hakimiyyəti zamanı ölkəni hər gün, hər ay irəli aparan siyasi qüvvə olaraq çox iş gördü. Bu partiyanın məqsəd və məramını qürurla qəbul edənlər hesabına bu gün YAP deyərdim ki, dünyanın ən nüfuzlu siyasi qüvvəsidir. Azərbaycanın iqtisadi uğurları, Vətən müharibəsində qəti qələbəmiz ölkə Prezidenti, YAP-ın sədri, Ali Baş Komandanın qətiyyətli uzaqgörən siyasətinin nəticəsidir. Torpaqlarımızın düşmən işğalından təmizlənməsində Yeni Azərbaycançıların əməyi, fəallığı hər bir ölkə vətəndaşının diqqətindədir. Gündən-günə cavanlaşan YAP ölkənin yeni uğurlarının qarantıdır. Bu siyasi qüvvə bizi sabaha aparan, Azərbaycanı dünyada tanıdan nüfuzlu bir partiyadır.

Əli Mahmud oğlu Əlişov,
Masallı rayonu, YAP-ın və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад