• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bizi sabaha aparan siyasi qüvvə

    Bizi sabaha aparan siyasi qüvvə

    Bizi sabaha aparan siyasi qüvvə
     
    Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyinə qovuşandan sonra hakimiyyət uğrunda mübarizə başlandı. Xüsusilə hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü xalqın düyünlü problemlərinin həllində ilişib qaldı. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Xalqın vəziyyəti getdikcə ağırlaşır, silahlı dəstələr yaradılır, bir çoxları özlərini hakim-mütləq sayırdı. Artıq xalqın səbr kasası dolmuşdu.
    Azərbaycanı bu bəlalardan qurtarmaq, ölkənin idarəetməsində beynəlxalq təcrübəni həyata keçirmək, dövlətçiliyin möhkəmləndirilməsi üçün məqsədyönlü siyasət vacib idi.
    Ölkənin belə çətin vaxtında böyük idarəetmə məharəti olan Heydər Əliyev Naxçıvanda idi. Azərbaycanın bütün bölgələrində xalqın dərdlərinin həlli üçün narahat olan ziyalıları xalqın çətin anlarında məhz Naxçıvana üz tutdular.
    Ulu Öndər soyuq bir qış günü onları qəbul edib dinlədi. Ümumi məqsəd isə xalqı irəli aparan, dövlətçiliyi möhkəmləndirmək üçün bir siyasi qüvvəyə ehtiyac olduğu əminliklə qeyd edildi. Elə həmin görüşdə müstəqil Azərbaycanı hər cür bəlalardan qurtara biləcək Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu Öndər elə həmin təsis yığıncağında bu partiyanın gələcək məqsəd və məramını açıqladı. Partiyanın Nizamnaməsi qəbul edildi. Məhz Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında da hakim partiyanın sədri, Prezident İlham Əliyev  bu məziyyətlərə eyham vuraraq bildirib: “Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi...”
    Yeni Azərbaycan Partiyası Ulu Öndərin hakimiyyəti zamanı ölkəni hər gün, hər ay irəli aparan siyasi qüvvə olaraq çox iş gördü. Bu partiyanın məqsəd və məramını qürurla qəbul edənlər hesabına bu gün YAP deyərdim ki, dünyanın ən nüfuzlu siyasi qüvvəsidir. Azərbaycanın iqtisadi uğurları, Vətən müharibəsində qəti qələbəmiz ölkə Prezidenti, YAP-ın sədri, Ali Baş Komandanın qətiyyətli uzaqgörən siyasətinin nəticəsidir. Torpaqlarımızın düşmən işğalından təmizlənməsində Yeni Azərbaycançıların əməyi, fəallığı hər bir ölkə vətəndaşının diqqətindədir. Gündən-günə cavanlaşan YAP ölkənin yeni uğurlarının qarantıdır. Bu siyasi qüvvə bizi sabaha aparan, Azərbaycanı dünyada tanıdan nüfuzlu bir partiyadır.

    Əli Mahmud oğlu Əlişov,
    Masallı rayonu, YAP-ın və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    2. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    3. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    5. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    6. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    7. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    8. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    9. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    10. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    11. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    12. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    13. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    14. 23:30 22 iyul Milli Mətbuat günü
    15. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    16. 23:00 22 iyul Milli Mətbuat Günü 
    17. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    18. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    19. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    20. 11:06 Azərbaycan mətbuatı – 150
    21. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    22. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    23. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    24. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    25. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    26. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    28. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    29. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    30. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    31. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    32. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    33. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    34. 16:08 Masallıda taxıl biçini başa çatdı
    35. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    36. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    37. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    38. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    39. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    40. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ