Главная > Siyasət > Masallıda YAP fəallarının şəhid ailələrini ziyarəti davam edir
Masallıda YAP fəallarının şəhid ailələrini ziyarəti davam edir18-03-2021, 17:29. Разместил: yeni321 |
![]() Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da şəhid ailələrinin ziyarəti davam edir. Martın 18-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvü Vidadi Nəzərov, təşkilatın Aparat rəhbəri Fəxrəddin Eyvazov, məsul işçisi Rza Rzayev və partiya fəalı Əlizahir İsmayılov şəhid gizir Raqib Vidadi oglu Əzizovun ailəsinə baş çəkiblər. Ziyarət zamanı şəhid ailəsinin qayğıları dinlənilb, fikir mübadiləsi aparılıb, şəhid gizirin məzarı ziyarət edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. ![]() Azərbaycan Ordusunun giziri Raqib Əzizov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu uğrunda döyüşlərdə düşmənə qarşı vuruşmuşdur. O, Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Raqib Vidadi oğlu Əzizov 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Ailəli idi. İki övladı yadigar qalıb. ![]() Вернуться назад |