Главная > Siyasət > MASALLI XƏBƏRLƏRİ
MASALLI XƏBƏRLƏRİ23-04-2021, 11:04. Разместил: yeni321 |
MASALLI XƏBƏRLƏRİ Vaksinasiya prosesi uğurla davam edir Aprelin 21-ə olan məlumata əsasən Masallı rayonu üzrə ümumilikdə 37529 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur. Bunlardan 8488 nəfəri 65 yaşdan yuxarı, 21912 nəfəri 50-65 yaş arası, 5124 nəfəri 40-50 yaş arası və 2005 nəfəri isə 40 yaşadək olan şəxslərdir. Hazırda rayon üzrə əhalinin vaksinləşməsi davam etdirilir. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri 21 aprel 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon İcra hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 1 ərazidə 1 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir. Aprelin 21-də Masallı rayonu üzrə 369 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 37529 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 8488 nəfəri 65 yaşdan yuxarı, 21912 nəfəri 50-65 yaş arası, 5124 nəfəri 40-50 yaş arası və 2005 nəfəri isə 40 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 1311 nəfərlə görüşülmüş və onlardan 275 nəfərin maskasız olması müəyyən edilmişdir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır. Qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1962 nəfərlə görüşülmüş, onlardan 224 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3273 nəfərlə görüşülmüş və 499 nəfərin maskasız olması müəyyən olunmuşdur. 21 aprel tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozan 2 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşdur. Qəhrəmanlar parkı yenidən qurulur Masallı şəhərindəki Qəhrəmanlar parkı yenidən qurulur. Buradakı abidədə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların da xatirəsi əksini tapacaq. Parkın ətrafında yenidənqurma işləri aparılır, yaşıllıqlar artırılır. Suvarma ilə əlaqədar təmir işləri Viləşçay Su İstismarı idarəsi mövsümə hazırlıq işlərini sürətləndirir. Viləşçay Su İstismarı idarəsinin rəisi Mahir Əliyevin Yeniheyet.az-a verdiyi məlumata görə kollektiv hazırda Xıl və Göyəçöl kəndləri ərazisində qapalı şəbəkələrdə suvarma mövsümü ilə əlaqədar təmir işlərinə başlamışdır. Aprelin sonuna kimi hər iki ərazidə təmir işləri başa çatacaqdır. 200 hektar sahədə badımcan əkilibMasallı rayonunun təsərrüfatlarında badımcan sahələri də ilbəil genişləndirilir. Torpaq adamları həmişə olduğu kimi bu il də örtük altında xeyli badımcan əkiblər. Fermerlər əkilən bitkilərə qayğı göstərir, suvarma aparırlar. Bir neçə gündən sonra becərmə işlərinə başlanacaqdır. Öncəqala, Xırmandalı, Hüseynhacılı, Səmidxan kənd tərəvəzçilərinin səyi nəticəsində rayonda polietilen örtük altında 200 hektar sahədə badımcan əkilib. Çaxırlı ərazisində abadlıq işləri Çaxırlı ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Masallı RİHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Qubadovun və kəndin bələdiyyə sədri Vahid Cəlilovun verdiyi məlumata əsasən mərkəzi və məhəllələrarası yolların kənarları kol-kosdan, məişət tullantılarından təmizlənib, ağaclara qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparılıb. Abadlıq işlərində kəndin gəncləri, fəal vətəndaşlar yaxından iştirak edir, başqalarına nümunə göstərirlər. Hacıtəpə kəndində abadlıq-quruculuq işləri Masallı RİHB-nin Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifovun verdiyi məlumatda qeyd olunur ki, kənddə abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, ərazinin Hacıtəpə kəndinin giriş qapısı hissəsində tanıtım lövhəsi quraşdırılıb. Həmçinin Hacıtəpədə ümumi uzunluğu 2.5 kilometr olan kənd və məhəllədaxili yolları hamarlanmış, üzərinə daş, çınqıl tökülüb. Kənd daxili yolları məişət tullantılarından təmizlənib, həmin yerlərə 500-ə yaxın şam ağacı əkilməsi nəzərdə tutulur. Abadlıq işlərinə, əsasən Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, ərazi nümayəndəliyi və Hacıtəpə kəndində yaradılan "Güc birlikdədir" xeyriyyə cəmiyyətinin üzvləri dəstək göstərib. www.yeniheyet.az Вернуться назад |