• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLI XƏBƏRLƏRİ

    MASALLI XƏBƏRLƏRİ


    MASALLI XƏBƏRLƏRİ 

    Vaksinasiya prosesi uğurla davam edir 
    Aprelin 21-ə olan məlumata əsasən Masallı rayonu üzrə ümumilikdə 37529 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur. Bunlardan 8488 nəfəri 65 yaşdan yuxarı, 21912 nəfəri 50-65 yaş arası, 5124 nəfəri 40-50 yaş arası və 2005 nəfəri isə 40 yaşadək olan şəxslərdir.
     Hazırda rayon üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

    Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri 21 aprel 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon İcra hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 1 ərazidə 1 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
    Aprelin 21-də Masallı rayonu üzrə 369 nəfər vətəndaş peyvənd olunmuşdur. Masallı rayonu üzrə ümumilikdə 37529 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 8488 nəfəri 65 yaşdan yuxarı, 21912 nəfəri 50-65 yaş arası, 5124 nəfəri 40-50 yaş arası və 2005 nəfəri isə 40 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.
    Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 1311 nəfərlə görüşülmüş və onlardan 275 nəfərin maskasız olması müəyyən edilmişdir.
    Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
    Qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 1962 nəfərlə görüşülmüş, onlardan 224 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
    Rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3273 nəfərlə görüşülmüş və 499 nəfərin maskasız olması müəyyən olunmuşdur.
    21 aprel tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozan 2 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşdur.

    Qəhrəmanlar parkı yenidən qurulur
    Masallı şəhərindəki Qəhrəmanlar parkı yenidən qurulur. Buradakı abidədə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların da xatirəsi əksini tapacaq.
    Parkın ətrafında yenidənqurma işləri aparılır, yaşıllıqlar artırılır.
     
    Suvarma ilə əlaqədar təmir işləri
    Viləşçay Su İstismarı idarəsi mövsümə hazırlıq işlərini sürətləndirir.
    Viləşçay Su İstismarı idarəsinin rəisi Mahir Əliyevin Yeniheyet.az-a verdiyi məlumata görə kollektiv hazırda Xıl və Göyəçöl kəndləri ərazisində qapalı şəbəkələrdə suvarma mövsümü ilə əlaqədar təmir işlərinə başlamışdır.
    Aprelin sonuna kimi hər iki ərazidə təmir işləri başa çatacaqdır.

     

    200 hektar sahədə badımcan əkilib
    Masallı rayonunun təsərrüfatlarında badımcan sahələri də ilbəil genişləndirilir. Torpaq adamları həmişə olduğu kimi bu il də örtük altında xeyli badımcan əkiblər. Fermerlər əkilən bitkilərə qayğı göstərir, suvarma aparırlar. Bir neçə gündən sonra becərmə işlərinə başlanacaqdır.
    Öncəqala, Xırmandalı, Hüseynhacılı, Səmidxan kənd tərəvəzçilərinin səyi nəticəsində rayonda polietilen örtük altında 200 hektar sahədə badımcan əkilib.

    Çaxırlı ərazisində abadlıq işləri 
    Çaxırlı ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
    Masallı RİHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Qubadovun və kəndin bələdiyyə sədri Vahid Cəlilovun verdiyi məlumata əsasən mərkəzi və məhəllələrarası yolların kənarları kol-kosdan, məişət tullantılarından təmizlənib, ağaclara qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparılıb.
    Abadlıq işlərində kəndin gəncləri, fəal vətəndaşlar yaxından iştirak edir, başqalarına nümunə göstərirlər.

    Hacıtəpə kəndində abadlıq-quruculuq işləri
    Masallı RİHB-nin Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifovun verdiyi məlumatda qeyd olunur ki, kənddə abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, ərazinin Hacıtəpə kəndinin giriş qapısı hissəsində tanıtım lövhəsi quraşdırılıb. Həmçinin Hacıtəpədə ümumi uzunluğu 2.5 kilometr olan kənd və məhəllədaxili yolları hamarlanmış, üzərinə daş, çınqıl tökülüb. Kənd daxili yolları məişət tullantılarından təmizlənib, həmin yerlərə 500-ə yaxın şam ağacı əkilməsi nəzərdə tutulur.
    Abadlıq işlərinə, əsasən Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, ərazi nümayəndəliyi və Hacıtəpə kəndində yaradılan "Güc birlikdədir" xeyriyyə cəmiyyətinin üzvləri dəstək göstərib.

    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ