Главная > Siyasət > Masallı rayonunun Kolatan kəndində “Şəhidlər bulağı”nın açılışı
Masallı rayonunun Kolatan kəndində “Şəhidlər bulağı”nın açılışı24-04-2021, 20:05. Разместил: yeni321 |
Masallı rayonunun
Kolatan kəndində “Şəhidlər bulağı”nın açılışı Masallı rayonunun Kolatan kəndində «ŞƏHİDLƏR BULAĞI»nın açılışı olmuşdur. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, 1941-1945-ci illər Böyük Vətən, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, yaxınları, məktəblilər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət himni səsləndirilib. Xüsusi memarlıq formasında inşa edilən abidənin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları «ŞƏHİDLƏR BULAĞI»nın önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İcra başçısı Şahin Məmmədov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda düşməni diz çökdürdüyünü və tarixi qələbə qazandığını bildirərək, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və Qarabağ döyüşlərində əsgərlərimizin, masallıların göstərdiyi şücaətdən bəhs edərək, şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan bəhs edib: Bu gün Azərbaycan xalqı müstəqil və suveren bir dövlətdə yaşayırsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsində olub. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır. Tədbirdə çıxış edən natiqlər - Milli Məclisin deputatı, professor Anar İsgəndərov, şəhid ataları - Rəfail Qulamov, Turac Quliyev və başqaları Vətən Müharibəsində Müzəffər Ordumuzun Şanlı zəfərindən söz açıblar. Bildirilib ki, Ordumuzun 44 günlük əks-həmlə əməliyyatları nəticəsində 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı azad etdik. Böyük Zəfərimiz cənab Prezidentimizin qətiyyəti, Xalq-Ordu birliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində təmin edildi. Zəfər tariximizin səhifələrində qəhrəman şəhidlərimizin adları əbədi yazılmışdır. Xalqımız hər zaman şəhidlərimizin ruhunu əziz tutur, onları daim dərin ehtiramla yad edir. Açılışını etdiyimiz «ŞƏHİDLƏR BULAĞI» Masallı Rayon İcra Hakimiyyətinin və A.İsgəndərovun təşəbbüsü, xaricdə yaşayan kənd sakinlərinin, vətənpərvər vətəndaşların hesabına inşa edilən, şəhidlərimizin xatirəsini əbədiləşdirən ziyarət yerlərindən biridir. Çıxışçılar həmçinin rayon rəhbərinin Vətən uğrunda qanından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından, fəaliyyətə başladığı ilk günlərdən şəhid ailələrinə böyük diqqət və qayğı göstərməsindən söz açıblar. Şəhid atası Rəfail Qulamov bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə, müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı ilə yanaşılır. Torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və bundan sonra da yaşayacaq. Tədbirin sonunda şəhid Simran Siyab oğlu Rzayev adına Kolatan kənd tam orta məktəbin şagirdləri Fatimə Tağıyeva, Sevda Ağayeva, Gülər Paşazadə, Zülfiyyə İsayeva və Güllmay Ağayevanın ifasında Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib. www.yeniheyet.az Вернуться назад |