• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunun Kolatan kəndində “Şəhidlər bulağı”nın açılışı

    Masallı rayonunun Kolatan kəndində “Şəhidlər bulağı”nın açılışı

    Masallı rayonunun Kolatan kəndində “Şəhidlər bulağı”nın açılışı

    Masallı rayonunun Kolatan kəndində «ŞƏHİDLƏR BULAĞI»nın açılışı olmuşdur.
    Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, 1941-1945-ci illər Böyük Vətən, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, yaxınları, məktəblilər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Dövlət himni səsləndirilib.
    Xüsusi memarlıq formasında inşa edilən abidənin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları «ŞƏHİDLƏR BULAĞI»nın önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
    Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    İcra başçısı Şahin Məmmədov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda düşməni diz çökdürdüyünü və tarixi qələbə qazandığını bildirərək, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və Qarabağ döyüşlərində əsgərlərimizin, masallıların göstərdiyi şücaətdən bəhs edərək, şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan bəhs edib: Bu gün Azərbaycan xalqı müstəqil və suveren bir dövlətdə yaşayırsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsində olub. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır.
    Tədbirdə çıxış edən natiqlər - Milli Məclisin deputatı, professor Anar İsgəndərov, şəhid ataları - Rəfail Qulamov, Turac Quliyev və başqaları Vətən Müharibəsində Müzəffər Ordumuzun Şanlı zəfərindən söz açıblar. Bildirilib ki, Ordumuzun 44 günlük əks-həmlə əməliyyatları nəticəsində 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı azad etdik. Böyük Zəfərimiz cənab Prezidentimizin qətiyyəti, Xalq-Ordu birliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində təmin edildi. Zəfər tariximizin səhifələrində qəhrəman şəhidlərimizin adları əbədi yazılmışdır. Xalqımız hər zaman şəhidlərimizin ruhunu əziz tutur, onları daim dərin ehtiramla yad edir. Açılışını etdiyimiz «ŞƏHİDLƏR BULAĞI» Masallı Rayon İcra Hakimiyyətinin və A.İsgəndərovun təşəbbüsü, xaricdə yaşayan kənd sakinlərinin, vətənpərvər vətəndaşların hesabına inşa edilən, şəhidlərimizin xatirəsini əbədiləşdirən ziyarət yerlərindən biridir.
    Çıxışçılar həmçinin rayon rəhbərinin Vətən uğrunda qanından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından, fəaliyyətə başladığı ilk günlərdən şəhid ailələrinə böyük diqqət və qayğı göstərməsindən söz açıblar.
    Şəhid atası Rəfail Qulamov bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə, müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı ilə yanaşılır. Torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və bundan sonra da yaşayacaq.
    Tədbirin sonunda şəhid Simran Siyab oğlu Rzayev adına Kolatan kənd tam orta məktəbin şagirdləri Fatimə Tağıyeva, Sevda Ağayeva, Gülər Paşazadə, Zülfiyyə İsayeva və Güllmay Ağayevanın ifasında Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
     


     

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ