Главная > Siyasət / Mədəniyyət > Masallıda Silahli Qüvvələr günü qeyd edilib
Masallıda Silahli Qüvvələr günü qeyd edilib25-06-2021, 22:06. Разместил: yeni321 |
Tarix-Diyarşünaslıq muzeyində 26 İyun Silahli Qüvvələr günü qeyd olunub İyunun 25-də karantin qaydaları gözlənilməklə R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, Masallı Regional Mədəniyyət İdarəsi , Masallı Dövlət Rəsm Qaleretyası, rayon Mərkəzi kitabxanası, Asan Xidmətin könüllüləri, İncəsənət məktəbinin şagird və müəllimləri, İcra Hakimiyəti yanında Vətən Müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi nümayəndələrinin iştirakı ilə “Keçmişimiz və bu günümüz” mövzusunda tədbir keçirilib. İlk öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən dövlətçiliyin və nizami ordu quruculuğu istiqamətində əməyi olanlardan, Azərbaycanda Ali Hərbi Məktəblərinin yaradılmasının səbəbkarı Ulu öndər Heydər Əliyev haqqında danışıb: “Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu mərd və cəngavər əsgərləri ilə Qarabağda zəfər qazanan bir ordu olduğunu sübut etdi.” Daha sonra muzeyin elmi işçisi Dilguşə Məmmədova “Keçmişimiz və bu günümüz“ adlı məruzəsində 103 illik şanlı ordumuzun yaranma tarixi və bugünkü şöhrətindən geniş bəhs edib. Şəhid anası Ziba xanım Əsgərli, Vətən Müharibəsinin iştirakçıları, RİHB-nın Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, hərbi müəllim Rafiq Abbasov 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr gününü azad, bütov Azərbaycan olaraq qeyd etdiyimizə görə fəxarət hissi keçirdiklərindən, buna görə Prezidentimizə, müzəffər ordumuza minnətdarlıqlarını bildiriblər. Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan dövlət mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda layiqli xidmətlərinə görə Təşəkkürnamə ilə təltif ediliblər. Sonra balaca fidanların ifasında kompozısiya dinlənilib. Tədbirin sonunda qonaqların iştirakı ilə muzeyin ekspozisiya zalında Qarabağ şəhidlərinin şəxsi əşyalarından və incəsənət məktəbinin rəssamları tərəfindən çəkilən müharibə və qəhrəmanlar mövzulu rəsm əsərlərindən hazırlanan sərgiyə baxış keçirilib. www.yeniheyet.az Вернуться назад |