• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Silahli Qüvvələr günü qeyd edilib

    Masallıda Silahli Qüvvələr günü qeyd edilib

    Tarix-Diyarşünaslıq muzeyində 26 İyun Silahli Qüvvələr günü qeyd olunub 

    İyunun 25-də karantin qaydaları gözlənilməklə R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, Masallı Regional Mədəniyyət İdarəsi , Masallı Dövlət Rəsm Qaleretyası, rayon Mərkəzi kitabxanası, Asan Xidmətin könüllüləri, İncəsənət məktəbinin şagird və müəllimləri, İcra Hakimiyəti yanında Vətən Müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi nümayəndələrinin iştirakı ilə “Keçmişimiz və bu günümüz” mövzusunda tədbir keçirilib.
    İlk öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
     Sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən dövlətçiliyin və nizami ordu quruculuğu istiqamətində əməyi olanlardan, Azərbaycanda Ali Hərbi Məktəblərinin yaradılmasının səbəbkarı Ulu öndər Heydər Əliyev haqqında danışıb: “Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu mərd və cəngavər əsgərləri ilə Qarabağda zəfər qazanan bir ordu olduğunu sübut etdi.”
    Daha sonra muzeyin elmi işçisi Dilguşə Məmmədova “Keçmişimiz və bu günümüz“ adlı məruzəsində 103 illik şanlı ordumuzun yaranma tarixi və bugünkü şöhrətindən geniş bəhs edib.
    Şəhid anası Ziba xanım Əsgərli, Vətən Müharibəsinin iştirakçıları, RİHB-nın Şəhid Ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, hərbi müəllim Rafiq Abbasov 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr gününü azad, bütov Azərbaycan olaraq qeyd etdiyimizə görə fəxarət hissi keçirdiklərindən, buna görə Prezidentimizə, müzəffər ordumuza minnətdarlıqlarını bildiriblər.
    Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan dövlət mənafeyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda layiqli xidmətlərinə görə Təşəkkürnamə ilə təltif ediliblər.
    Sonra balaca fidanların ifasında kompozısiya dinlənilib.
    Tədbirin sonunda qonaqların iştirakı ilə muzeyin ekspozisiya zalında Qarabağ şəhidlərinin şəxsi əşyalarından və incəsənət məktəbinin rəssamları tərəfindən çəkilən müharibə və qəhrəmanlar mövzulu rəsm əsərlərindən hazırlanan sərgiyə baxış keçirilib.

    www.yeniheyet.az
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ