Главная > Siyasət / Mədəniyyət > Masallıda 22 İyul – Milli Mətbuat Günü
Masallıda 22 İyul – Milli Mətbuat Günü22-07-2021, 21:17. Разместил: yeni321 |
Masallıda 22 İyul – Milli Mətbuat Günü Masallı Rayon İcra Hakimiyyəti ənənə üzrə 22 iyul - Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin rayon mətbuatı və Cənub bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib. Bu münasibətlə iyulun 22-də ara məsafəsi gözlənilməklə Masallı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov toplantıda çıxış edərək, rayon rəhbəri Şahin Məmmədovun rayon və respublika mətbuatında fəaliyyət göstərən jurnalistlərə Milli Mətbuat Günü ilə bağlı salam və təbrikini çatdırıb. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsindən söhbət açan natiq qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs qalibiyyət üçün əzmlə çalışıraraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qətiyyətli mövqe sərgilədi. Belə insanların arasında kütləvi informasiya vasitələrinin – rayon və respublika qəzetlərinin, teleradioların bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıq nümayiş etdirdilər. Media nümayəndələri Azərbaycan xalqına, ictimaiyyətə dəqiq və qərəzsiz informasiyaların vaxtlı-vaxtında yayımlanması istiqamətində əzmkarlıq göstərdilər. «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev isə çıxışında mətbuat əməkdaşlarını 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söhbət açıb, uzun illər çalışdığı həftəlik «Yeni həyat» (Masallı) qəzetinin tarixinə səyahət edərək, qəzetin 1932-ci ildən nəşrə başladığı vaxtdan redaktor və müxbirlərini xatırlayaraq, 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu qeyd edib:”Jurnalistika, qəzetçilik ən çətin peşədir. Çox yaxşı haldır ki, «Yeni həyat»ın azsaylı kollektivi əvvəlki ənənələri qoruyub saxlayır, çətin pandemiya dövründə region mətbuatının önündə gedir, ictimai fəalların qüvvəsindən istifadə edir. «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Az.TV-nin bölgə müxbiri Pərvanə Əliyeva, AZƏRTAC-ın bölgə müxbiri, Əməkdar jurnalist Bağır Əliyev, «Azərbaycan», «Xalq qəzeti», "Respublika" qəzetlərinin bölgə müxbirləri Seyran Cavadov, Əli Nəcəfxanlı, Əlisəfa Həsənov, «Yeni həyat» qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, məsul katibi Həsənağa Əliyev, baş ədəbi işçisi Akif Ağayev, ARB-nin xüsusi müxbiri İsmayıl Cəfərli, «Asiya.az», «Cənubun səsi» xəbər portallarının rəhbərləri Cəfər Cəfərov, Mərhəmət Lələyev və başqaları dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən, pandemiya dövründə media təmsilçilərinin fədakarlığından, Masallı Rayon İcra Hakimiyyəti və rayon qəzeti saytlarının tez-tez yenilənməsi, saytlara xəbərlərin operativ və vaxtında yerləşdirilməsindən söhbət açıblar. Bildiriblər ki, Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Vətən müharibəsi günlərində istər yerli, istərsə də bölgə, rayon mətbuatı, informasiya müharibəsində fəal rol oynadı. Masallı RİHB-nin müavini Aybəniz Qafarova jurnalistləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib, cansağlığı arzulayıb. A.Qafarova 20-dən yuxarı jurnalistin mükafatlandırılması barədə rayon rəhbərinin sərəncamını oxudu. Həmçinin bildirilib ki, 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş Masallıda ənənə halını alıb, RİHB aparatı mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Jurnalistlər görüşə və onların çətin əməyinin mükafatlandırılmasına görə ölkə rəhbərinə, icra başçısına minnətdarlıq bildiriblər. Sonda xatirə şəkli çəkdirilib. www.yeniheyet.az Вернуться назад |