• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 22 İyul – Milli Mətbuat Günü

    Masallıda 22 İyul – Milli Mətbuat Günü

    Masallıda 22 İyul – Milli Mətbuat Günü                

    Masallı Rayon İcra Hakimiyyəti ənənə üzrə 22 iyul - Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin rayon mətbuatı və Cənub bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib.
    Bu münasibətlə iyulun 22-də ara məsafəsi gözlənilməklə Masallı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov toplantıda çıxış edərək, rayon rəhbəri Şahin Məmmədovun rayon və respublika mətbuatında fəaliyyət göstərən jurnalistlərə Milli Mətbuat Günü ilə bağlı salam və təbrikini çatdırıb. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsindən söhbət açan natiq qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs qalibiyyət üçün əzmlə çalışıraraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qətiyyətli mövqe sərgilədi. Belə insanların arasında kütləvi informasiya vasitələrinin – rayon və respublika qəzetlərinin, teleradioların bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıq nümayiş etdirdilər. Media nümayəndələri Azərbaycan xalqına, ictimaiyyətə dəqiq və qərəzsiz informasiyaların vaxtlı-vaxtında yayımlanması istiqamətində əzmkarlıq göstərdilər.
    «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev isə çıxışında mətbuat əməkdaşlarını 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söhbət açıb, uzun illər çalışdığı həftəlik «Yeni həyat» (Masallı) qəzetinin tarixinə səyahət edərək, qəzetin 1932-ci ildən nəşrə başladığı vaxtdan redaktor və müxbirlərini xatırlayaraq, 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu qeyd edib:”Jurnalistika, qəzetçilik ən çətin peşədir. Çox yaxşı haldır ki, «Yeni həyat»ın azsaylı kollektivi əvvəlki ənənələri qoruyub saxlayır, çətin pandemiya dövründə region mətbuatının önündə gedir, ictimai fəalların qüvvəsindən istifadə edir.
    «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Az.TV-nin bölgə müxbiri Pərvanə Əliyeva, AZƏRTAC-ın bölgə müxbiri, Əməkdar jurnalist Bağır Əliyev, «Azərbaycan», «Xalq qəzeti», "Respublika" qəzetlərinin bölgə müxbirləri Seyran Cavadov, Əli Nəcəfxanlı, Əlisəfa Həsənov, «Yeni həyat» qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, məsul katibi Həsənağa Əliyev, baş ədəbi işçisi Akif Ağayev, ARB-nin xüsusi müxbiri İsmayıl Cəfərli, «Asiya.az», «Cənubun səsi» xəbər portallarının rəhbərləri Cəfər Cəfərov, Mərhəmət Lələyev və başqaları dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən, pandemiya dövründə media təmsilçilərinin fədakarlığından, Masallı Rayon İcra Hakimiyyəti və rayon qəzeti saytlarının tez-tez yenilənməsi, saytlara xəbərlərin operativ və vaxtında yerləşdirilməsindən söhbət açıblar. Bildiriblər ki, Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Vətən müharibəsi günlərində istər yerli, istərsə də bölgə, rayon mətbuatı, informasiya müharibəsində fəal rol oynadı.
    Masallı RİHB-nin müavini Aybəniz Qafarova jurnalistləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib, cansağlığı arzulayıb. A.Qafarova 20-dən yuxarı jurnalistin mükafatlandırılması barədə rayon rəhbərinin sərəncamını oxudu.
    Həmçinin bildirilib ki, 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş Masallıda ənənə halını alıb, RİHB aparatı mətbuatla əməkdaşlığa daim böyük önəm verir.
    Jurnalistlər görüşə və onların çətin əməyinin mükafatlandırılmasına görə ölkə rəhbərinə, icra başçısına minnətdarlıq bildiriblər.
    Sonda xatirə şəkli çəkdirilib.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ