Главная > Siyasət > Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib3-08-2021, 18:49. Разместил: yeni321 |
Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib Masallı rayonunun Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib. Yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Elvin Əzizov, Rafail Hüseynov və Gülşad Xəlilovun xatirəsi əbədiləşdirilib, üzərinə barelyefləri vurulub. “Şəhidlər bulağı”nın açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini Məmmədhüseyn Hüseynov və RİHB aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri və media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını rayon rəhbəri Şahin Məmmədovun adından salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini M.Hüseynov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun şanlı Zəfəri ilə başa çatdı, əzəli torpaqlarımız erməni faşizmindən azad olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin layiqli varisi onun arzuladığı Qarabağı azad etdi və vəsiyyətini həyata keçirtdi. Qətiyyətli Prezidentimiz sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı. 44 günlük Vətən Müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan üç nəfəri də bu ərazidən olan şəhidlər Elvin Əzizov, Rafail Hüseynov və Gülşad Xəlilovdur. Allah vətənpərvər igidlərimizi rəhmət eləsin, əziz ruhları şad olsun! Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi Hacı Hekayət Nəzərov, şəhid Masim Qurbanovun atası Hafiz, şəhid Akif Elmirzadənin atası Gündüz, qazilər — «Cəsur döyüşçü» medallı Fərid Allahverdiyev, Şahlar Məmmədov, şəhid Rafail Hüseynovun qardaşı Elmir, Rahim Abbasov, Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, uzaqdan gəlmiş qonaqlar — şəhid ailə üzvləri Sahib və Məlahətli xanım və digər şəhid anaları, qazilər bildiriblər ki, Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi. Sonra söz məktəblilərə verilib. Qarğalıq tam orta məktəbinin şagirdləri Bünyamin, Ayhan, Nihad Məmmədovlar, Elvin Cəfərli, Masallı UGİŞM-nin şagirdləri şəhidlərə şeirlərindən ibarət poeziya buketi hörüblər. Şagirdlərin ifası alqışlarla qarşılanıb. Şəhid Elvin Əzizovun qızları Şəhanə və Aybənizin qəhrəmanlarımıza həsr etdikləri şeirləri hər kəsi kövrəldib. Xüsusi memarlıq üslubunda inşa edilən “Şəhidlər bulağı” ziyarət edilib, önünə gül-çiçək düzülüb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub. Abadlaşdırılmış “Şəhidlər bulağı”nın ətrafında Azərbaycan bayraqları dalğalanır. www.yeniheyet.az Вернуться назад |