• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

    Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

    Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib 

    Masallı rayonunun Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib.
    Yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Elvin Əzizov, Rafail Hüseynov və Gülşad Xəlilovun xatirəsi əbədiləşdirilib, üzərinə barelyefləri vurulub.
    “Şəhidlər bulağı”nın açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini Məmmədhüseyn Hüseynov və RİHB aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçılarını rayon rəhbəri Şahin Məmmədovun adından salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini M.Hüseynov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun şanlı Zəfəri ilə başa çatdı, əzəli torpaqlarımız erməni faşizmindən azad olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin layiqli varisi onun arzuladığı Qarabağı azad etdi və vəsiyyətini həyata keçirtdi. Qətiyyətli Prezidentimiz sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
    44 günlük Vətən Müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan üç nəfəri də bu ərazidən olan şəhidlər Elvin Əzizov, Rafail Hüseynov və Gülşad Xəlilovdur. Allah vətənpərvər igidlərimizi rəhmət eləsin, əziz ruhları şad olsun!
    Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi Hacı Hekayət Nəzərov, şəhid Masim Qurbanovun atası Hafiz, şəhid Akif Elmirzadənin atası Gündüz, qazilər — «Cəsur döyüşçü» medallı Fərid Allahverdiyev, Şahlar Məmmədov, şəhid Rafail Hüseynovun qardaşı Elmir, Rahim Abbasov, Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, uzaqdan gəlmiş qonaqlar — şəhid ailə üzvləri Sahib və Məlahətli xanım və digər şəhid anaları, qazilər bildiriblər ki, Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi.
    Sonra söz məktəblilərə verilib. Qarğalıq tam orta məktəbinin şagirdləri Bünyamin, Ayhan, Nihad Məmmədovlar, Elvin Cəfərli, Masallı UGİŞM-nin şagirdləri şəhidlərə şeirlərindən ibarət poeziya buketi hörüblər. Şagirdlərin ifası alqışlarla qarşılanıb.
    Şəhid Elvin Əzizovun qızları Şəhanə və Aybənizin qəhrəmanlarımıza həsr etdikləri şeirləri hər kəsi kövrəldib.
    Xüsusi memarlıq üslubunda inşa edilən “Şəhidlər bulağı” ziyarət edilib, önünə gül-çiçək düzülüb, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub.
    Abadlaşdırılmış “Şəhidlər bulağı”nın ətrafında Azərbaycan bayraqları dalğalanır.

     

    www.yeniheyet.az
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ