• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Öncəqala kəndində “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı

    Masallının Öncəqala kəndində “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı

    Masallının Öncəqala kəndində “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı 
     
    Mayın 9-da Masallı rayonunun Öncəqala kəndində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın (Məmmədov Ətrafil Mürüvvət oğlu (05.10.1973-18.08.1992), Abdullayev İnkişaf Zülfüqar oğlu (17.08.1963-20.10.1993), Yusubov Söhbət Adəm oğlu (21.03.1976-13.12.1994), Ağayev Şahin Azər oğlu (13.12.1993-25.10.2020), Malikov Nurlan Dünyamalı oğlu (19.09.1996-31.12.2020) xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı olub.
    Pandemiya qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında bildirib ki, bu gün heç bir sözlə ifadə oluna bilinməyən anlar yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Ordumuz işğalçılar üzərində Böyük Qələbə çaldı: “Bu gün müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Az yaşadılar, amma yeni tarix yazdılar, qürurumuzu qaytardılar. Onların adı daim uca tutulacaq. Bu, hər birimizin vətəndaşlıq borcudur.” Milli Məclisin deputatları – Anar İsgəndərov, Məşhur Məmmədov çıxışlarında bildiriblər ki, 29 ildən bəri bu günləri ağrılı tariximiz kimi qeyd edirdiksə, bu gün bayram əhval-ruhiyyəliyik. Qürurverici anlar yaşayırıq. Bizə zəfər bəxş edən igidlərimiz təkcə bir elin deyil, bütün Azərbaycanın qəhrəmanlarıdır. Birinci Qarabağ müharibəsi şəhidlərinin də ruhu şaddır. 44 günlük Vətən müharibəsində, istər ön, istərsə də arxa cəbhədə Möhtəşəm Qələbəyə öz töhfəsini verən masallılar bu gün işğaldan azad edilən torpaqların dirçəlməsində, Qarabağda aparılan abadlıq-quruculuq işlərində də fəaldırlar...
    Şəhid atası Mürüvvət Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirib.
    Çıxışçılar şəhidlər bulağının tikintisinə görə Öncəqala kəndinin sakinlərinə və xeyriyyəçilərə dərin təşəkkür ifadə ediblər.
    Sonra Şəhidlər abidəsinin və bulağın açılışı olub.
    Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
    Məlumat üçün bildirək ki, Vətən müharibəsində şəhid olmuş Nurlan Malikovun adını daşıyan küçədə inşa edilən abidə-kompleksinin ərazisində “Şəhidlər bulağı” və park salınıb. Abidənin arxa hissəsində isə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Abidə-komleks kənd xeyriyyəçilərinin maliyyə dəstəyi ilə inşa edilib.

     
    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ