• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Bədəlan kəndində şəhidlərin xatirəsinə bulaq inşa edilib

    Masallının Bədəlan kəndində şəhidlərin xatirəsinə bulaq inşa edilib

    Bədəlan kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub


    Masallı rayonunun Bədəlan kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin şəhidlərinin xatirəsinə inşa edilən «Şəhidlər bulağı»nın açılışı olub.
    Ara məsafəsi gözlənilmək şərtilə, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri Arzu Bağırova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərin yaxınları, müharibə əlilləri, döyüş yoldaşları, hərbi qulluqçular, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.

     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək qeyd edib ki, otuz ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi nəticəsində azad edildi. Bu yolda şəhidlər verdik. Şəhidlərimizin qəhrəmanlığı sayəsində qələbə sevinci yaşadıq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bura hamının ziyarət yeri olmalıdır. Çünki, nə qədər Azərbaycan Respublikası var, şəhidlərimiz də ürəklərdə əbədi yaşayacaqlar. Azərbaycan Respublikası da əbədi olacaqdır. Yaxşı olardı ki, gənclərin ad günləri, əlamətdar hadisələr əvvəlcə burada qeyd edilsin, sonra həmin xeyir işləri davam etsin.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.
    Təntənəli mərasimdə Bədəlan kənd xeyriyyə icmasının sədri Famil Yaşar oğlu Məcidov bildirmişdir ki, Milli Məclisin deputatı, Professor Anar İsgəndərovun təşəbbüsü ilə seçicisi olduğu kəndlərdə yaradılan xeyriyyə cəmiyyətlərinin bir qolu da Bədəlan kənd xeyriyyə icmasıdır. Təxmininən ötən ilin indiki yay günlərində köhnə bulağın yerində yenisinin əvəz olunması təklifini ərazi gəncləri yekdilliklə bəyəndilər və «Şəhidlər bulağı” adlandırılması təşəbbüsü meydana gəldi. Facebook Sosial şəbəkəsinin Bədəlan kənd xeyriyyə cəmiyyətinin səhifəsində bulağın tikintisi üçün maddi köməklik lazım olduğunu bildirdik. Bu elanı eşidən Bədəlan kənd sakini, şəhid Eldəniz Rəsulovun anası Məryəm Rəsulova bulağın tikintisi üçün lazım olan maddi vəsaiti öz üzərinə götürdü. Artıq yeni «Şəhidlər bulağı” hazırdır. İstər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, otuz ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbə Tarixindən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
    Şəhid anası Məryəm Rəsulova çıxış edərək şəhidlərimizə uca tanrıdan rəhmət dilədi. «Şəhidlər bulağı»nın çəkiliçində zəhməti olan hər kəsə dərin təşəkkür bildirdi. Ölkə rəhbərinə, icra başçısına minnətdarlıq etdi.

     
    Tanınmış xeyriyyəçi xanım, həmyerlimiz, «Regional Hüquqi və İqtisadi Maarifləndirmə» İctimai Birliyinin sədri Arzu Bağırova dövlətimizin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdı.
    Mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, Birinci Qarabağ və Vətən müharibəsində Masallı rayonu Bədəlan kəndinin şəhidlərinin xatirəsinə inşa edilən «Şəhidlər bulağı»nın üstündə 10 cəsurun, 10 Vətən igidinin, 10 bədəlanlının adı və soyadı həkk olunub.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    2. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    3. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    4. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    5. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    6. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    7. 10:00 Peşəkar ordumuz
    8. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    9. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    10. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    11. 19:02 Ələşrəf Niftiyev 80
    12. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    14. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    15. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    16. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    17. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    18. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    19. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    20. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    21. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    22. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    23. 23:30 Tarixi qələbəyə aparan yol
    24. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    25. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    26. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    27. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    28. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    29. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    31. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    32. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    33. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    34. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    35. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    37. 11:31 Masallıda Qurban bayramı - 2025
    38. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    39. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    40. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ