• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Birinci Yeddioymaq kəndində Şəhidlər Parkı salınıb

    Masallının Birinci Yeddioymaq kəndində Şəhidlər Parkı salınıb

    Masallının Birinci Yeddioymaq kəndində Şəhidlər Parkı salınıb

    Mayın 9-da Masallı rayonunun Yeddioymaq ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
    Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    İlk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 200 illik tariximizdə xalqımızın ən böyük arzuları gerçəkləşməkdədir: “Milli-mənəvi ruhumuz yeniləndi, tarixi ədaləti bərpa etdik – Müzəffər Liderimiz, Ali Baş Komandanımız İlham Əliyev və yenilməz ordumuz sayəsində. Azərbaycan əsgəri dünyaya gücünü sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. El-obasından didərgin düşən soydaşlarımız yurd-yuvalarına qayıdacaqlar.
    RİH başçısı Şahin Məmmədov Vətən müharibəsi dövründə döyüşlərdə olduğu kimi, arxa cəbhədə də masallıların göstərdiyi şücaətdən, ölkə rəhbəri tərəfindən şəhidlərimizə və ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb.
    Bugünkü rahat yaşamımızı şəhidlərimizin qəhrəmanlıqları ilə səciyyələndirən millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov çıxışlarında 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə, məktəblilərə örnək olan şərəfli ömür yolundan bəhs ediblər.
    Qeyd olunub ki, abidə-kompleksi Rusiyada yaşayan iş adamı, həmyerlimiz Üzeyir Salayevin maliyyə dəstəyi ilə inşa olunub.
    İki Şəhid anası Ziba Əsgərova, iş adamı Adna Salayev, Vətən müharibəsi iştirakçısı Cəmil Məmmədov şəhid və əsgər ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
    Sonra abidə-kompleksin açılışı olub. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.
    Qeyd edək ki, şəhid baş leytenat Əlimərdan Quluzadənin adını daşıyan küçədə ucaldılan abidə-komleksin əsas hissəsində, xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən 31 qəhrəman şəhidin (Birinci Yeddioymaq, Viləş, Qızılağac, Şıxlar, Qasımlı kəndləri üzrə) şəkli, 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə canından keçmiş ərazi sakinlərinin adları əbədiləşdirilib.
     
    Nəfis görünüşə malik abidə-komleksin ön hissəsində isə zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanır, ay-ulduzlu məşəl şölələnir.
    Abidənin yerləşdiyi ərazidə yaşıllıqlar salınıb – dekorativ ağac və gül kolları əkilib. Həmçinin parka içməli su xətti çəkilib, bulaq salınıb. Ətrafda işıqlandırma sistemi qurulub.

    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ