Главная > Siyasət > Erməni vandallarının azərbaycanlı dinc əhaliyə qarşı terroru
Erməni vandallarının azərbaycanlı dinc əhaliyə qarşı terroru28-09-2021, 10:30. Разместил: yeni321 |
Erməni vandallarının azərbaycanlı dinc əhaliyə qarşı terroru 2020-ci il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilmiş , bununla da 44 günlük Vətən müharibəsi başlanmışdır. Rəşadətli Azərbaycan Ordusu Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmə uğrunda həyata keçirdiyi Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun yenilməz gücünü sübut etmişdir. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən qorxaq Ermənistan ordusu isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarmışdır. Ordumuzun gücündən qorxan qorxaq Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların yaşadığı Azərbaycanın şəhər və rayonlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə,günahsız vətəndaşlarımızın ölümünə səbəb olan hadisələr törətmişdir. 27 sentyabr 2020-ci il - 30 oktyabr 2020-ci il saat 08:00-a olan göstəricilərə əsasən 182-dən artıq məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 218 raket atılmışdır. Mənfur düşmanlarımız tərəfindən atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. 2020-ci il oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs, o cümlədən iki uşaq həlak olub və 50-dən çox insan yaralanmışdır. Ermənistan Gəncəyə növbəti raket hücumu ilə özünün faşist, terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bu dövlət dinc əhalini hədəfə almaqla beynəlxalq humanitar hüquqa, sivil dünyanın qayda-qanunlarına məhəl qoymadığını bir daha açıq şəkildə bəyan etdi. Qorxaqcasına mülki əhaliyə hücum etməklə Ermənistan həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarını pozmuşdur. Azğın düşmənin dinc əhalini hədəfə alması özü özlüyündə terror aktı olaraq qiymətləndirilərək bütün dünyanı heyrətə salmışdır. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin ölkəmizin dinc əhalisinə qarşı olan azğınlığını bir daha göstərmişdir. Belə ki, erməni vandallarının Azərbaycanın yaşayış məntəqələrinə atdığı raketlər insanların sıx məskunlaşdığı və mülki yaşayış məntəqələrinin olduğu ərazilərdə istifadəsi qadağan olunan kaset tipli raketlər olmuşdur. Bununla da, Ermənistan Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozmuşdur. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu mənəvi olaraq dəstəkləməyə davam etmiş, həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə almışdır. Şəfa Xəlilova, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Вернуться назад |