• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Erməni vandallarının azərbaycanlı dinc əhaliyə qarşı terroru

    Erməni vandallarının azərbaycanlı dinc əhaliyə qarşı terroru

                Erməni vandallarının azərbaycanlı dinc əhaliyə qarşı terroru

    2020-ci il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilmiş , bununla da 44 günlük Vətən müharibəsi başlanmışdır. Rəşadətli Azərbaycan Ordusu Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmə uğrunda həyata keçirdiyi Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun yenilməz gücünü sübut etmişdir. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən qorxaq Ermənistan ordusu isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarmışdır. Ordumuzun gücündən qorxan qorxaq Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların yaşadığı Azərbaycanın şəhər və rayonlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə,günahsız vətəndaşlarımızın ölümünə səbəb olan hadisələr törətmişdir. 27 sentyabr 2020-ci il - 30 oktyabr 2020-ci il saat 08:00-a olan göstəricilərə əsasən 182-dən artıq məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 218 raket atılmışdır. Mənfur düşmanlarımız tərəfindən atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. 2020-ci il oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs, o cümlədən iki uşaq həlak olub və 50-dən çox insan yaralanmışdır. Ermənistan Gəncəyə növbəti raket hücumu ilə özünün faşist, terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bu dövlət dinc əhalini hədəfə almaqla beynəlxalq humanitar hüquqa, sivil dünyanın qayda-qanunlarına məhəl qoymadığını bir daha açıq şəkildə bəyan etdi. Qorxaqcasına mülki əhaliyə hücum etməklə Ermənistan həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarını pozmuşdur. Azğın düşmənin dinc əhalini hədəfə alması özü özlüyündə terror aktı olaraq qiymətləndirilərək bütün dünyanı heyrətə salmışdır. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin ölkəmizin dinc əhalisinə qarşı olan azğınlığını bir daha göstərmişdir. Belə ki, erməni vandallarının Azərbaycanın yaşayış məntəqələrinə atdığı raketlər insanların sıx məskunlaşdığı və mülki yaşayış məntəqələrinin olduğu ərazilərdə istifadəsi qadağan olunan kaset tipli raketlər olmuşdur. Bununla da, Ermənistan Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozmuşdur. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu mənəvi olaraq dəstəkləməyə davam etmiş, həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə almışdır.

    Şəfa Xəlilova,
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşıшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ