Главная > Siyasət > “Dəmir yumruq yerindədir”
“Dəmir yumruq yerindədir”28-10-2021, 17:48. Разместил: yeni321 |
![]() Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında Zəfər gününün birinci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ![]() Yeniheyet.az xəbər verir ki, “Dəmir yumruq yerindədir” mövzusunda təşkil oluna tədbirdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, şanlı Ordumuzun misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları prezident-xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb: “Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandanımız başda olmaqla, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk…” ![]() Sonra bir qrup Vətən müharibəsi iştirakçısına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkilləri çəkilib. ![]() ![]() www.yeniheyet.az Вернуться назад |