Главная > Siyasət > “Rəşadət” ordenli şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi
“Rəşadət” ordenli şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi6-11-2021, 19:10. Разместил: yeni321 |
“Rəşadət” ordenli şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi Noyabrın 6-da Masallı rayonunun Hişkədərə kəndində 44 günlük Vətən müharibəsinin şəhid leytenantı Vüsal Aslan oğlu Məhərrəmovun anım mərasimi keçirilib. Yeniheyet.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB-nın məsul işçiləri, hüquq-mühafizə orqanları, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər. Əvvəlcə kənddə şəhidin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb:”Vüsallar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarıblar. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Şəhidlər zirvədədir. Vüsal, təkcə Aslan kişinin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Məhz Azərbaycan Pezidentinin dünən, 5 noyabr 2021-ci il tarixdə imzaladığı Sərəncama əsasən Masallılı, bu kənddən olan fəxrimiz şəhid leytenant Vüsal Məhərrəmov 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub…” RİH başçısı həmçinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb. Rayon rəhbəri həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkında inşa edilən Şəhidlər xiyabanı haqqında məlumat verib, buranın əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova və əməyi keçən hər kəsə minnətdarlıq ifadə edib. Şəhidin ailə üzvləri, kənd sakinləri Nəriman Qafarov, Füzuli Gözəlov və başqaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, rayon rəhbərliyinə dərin minnətdarlıq bildiriblər. İldönümü mərasimində şəhidin xatirəsi ehtiramla anılıb. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyublar. Ziyarətçilər şəhidin məzarı üzərinə qərənfillər düzüblər. Məlumat üçün bildirək ki, Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almişdir. Azərbaycan Ordusunun zabiti olan Vüsal Məhərrəmov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən başlanan Ana Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. 4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Vüsal Məhərrəmovun nəşi doğma kənd qəbiristanında böyük izdihamla dəfn edilmişdir. Ailəli idi. İki oğul övladı-Nicat və Nihad Vətənə yadigar qaldı… Nicat doqquzuncu sinifdə, Nihad isə səkkizinci sinfdə təhsil alır. Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 24 iyun 2020-ci il 5 noyabr 2021-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhid zabiti Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra «Vətən uğrunda», «Şuşanın azad olunmasına görə» medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir. www.yeniheyet.az Вернуться назад |