• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Rəşadət” ordenli şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi

    “Rəşadət” ordenli şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi

    “Rəşadət” ordenli şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi 

    Noyabrın 6-da Masallı rayonunun Hişkədərə kəndində 44 günlük Vətən müharibəsinin şəhid leytenantı Vüsal Aslan oğlu Məhərrəmovun anım mərasimi keçirilib.
    Yeniheyet.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB-nın məsul işçiləri, hüquq-mühafizə orqanları, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
    Əvvəlcə kənddə şəhidin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.
    İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb:”Vüsallar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarıblar. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Şəhidlər zirvədədir. Vüsal, təkcə Aslan kişinin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Məhz Azərbaycan Pezidentinin dünən, 5 noyabr 2021-ci il tarixdə imzaladığı Sərəncama əsasən Masallılı, bu kənddən olan fəxrimiz şəhid leytenant Vüsal Məhərrəmov 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub…”
    RİH başçısı həmçinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb.
    Rayon rəhbəri həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkında inşa edilən Şəhidlər xiyabanı haqqında məlumat verib, buranın əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova və əməyi keçən hər kəsə minnətdarlıq ifadə edib.
    Şəhidin ailə üzvləri, kənd sakinləri Nəriman Qafarov, Füzuli Gözəlov və başqaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, rayon rəhbərliyinə dərin minnətdarlıq bildiriblər.
    İldönümü mərasimində şəhidin xatirəsi ehtiramla anılıb. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyublar.
    Ziyarətçilər şəhidin məzarı üzərinə qərənfillər düzüblər.
     
    Məlumat üçün bildirək ki, Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
    1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
    1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almişdir.
    Azərbaycan Ordusunun zabiti olan Vüsal Məhərrəmov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
    2020-ci ilin sentyabr ayının 27-dən başlanan Ana Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
    4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    Şəhid Vüsal Məhərrəmovun nəşi doğma kənd qəbiristanında böyük izdihamla dəfn edilmişdir.
    Ailəli idi. İki oğul övladı-Nicat və Nihad Vətənə yadigar qaldı… Nicat doqquzuncu sinifdə, Nihad isə səkkizinci sinfdə təhsil alır.
     
    Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 24 iyun 2020-ci il 5 noyabr 2021-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhid zabiti Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra «Vətən uğrunda», «Şuşanın azad olunmasına görə» medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ