Главная > Siyasət > Masallıda Bayraq Günü qeyd edilib

Masallıda Bayraq Günü qeyd edilib


9-11-2021, 17:24. Разместил: yeni321
Masallıda Bayraq günü qeyd edilib
 
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə  təşkilatçılığı  ilə Masallı şəhər Bayraq Meydanında bir qrup fəal gəncin iştrakı ilə tədbir keçirilib.
Yeniheyet.az xəbər verir ki, tədbir öncəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Sonra aktyor Cəmaləddin Əliyevin rəhbərliyi, tələbələrin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.
     Tədbir iştirakçıları Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıqdan sonra xatirə şəkilləri çəkdiriblər.


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад