Главная > Siyasət > Masallıda şəhid çavuş Cavad İbadovun il mərasimi
Masallıda şəhid çavuş Cavad İbadovun il mərasimi29-11-2021, 17:28. Разместил: yeni321 |
![]() Noyabrın 29-da Masallı şəhərində 44 günlük Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad Cabir oğlu İbadovun il mərasimi keçirilmişdir. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran və Gəncə şəhərləri üzə əsgər və zabitləri, şəhid ailələri, qazilər, şəhər sakinləri və başqaları iştirak etmişlər. Rayon rəsmiləri əvvəlcə şəhidin evinin qarşısında şəhidlərin şərəfinə ucaldılmış, yenicə istifadəyə verilmiş abidə-bulaq kompleksini ziyarət etmişlər. Yeniheyet.az xəbər verir ki, RİH başçısı Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsi haqqında danışmışdır. ![]() Masallının icra başçısı bildirmişdir ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilmişdir. Qalib xalqımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi. Vətən müharibəsi ölkəmizin həyatında yeni tarixi mərhələnin gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Bu gün böyük qürur və fəxr hissi duyuruq ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin varisi Prezident İlham Əliyevin çevik siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin yaddaqalan səhifələri yazıldı. Şəhidlər, Ali Baş Komandan bizə Zəfər sevinci yaşatdılar: «40 il qul kimi yaşamaqdansa 1 gün azad yaşamaq daha yaxşıdır!” (Babək), demişlər. İndi biz azadıq. Ölkəmizə dost və düşmən olan ölkələri tanıdıq. Qələbəmizi qəbul etməyən ölkələr də var. Dünən, noyabrın 28-də ![]() ![]() Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər. Sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmişlər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür. Çıxışlarda şəhid barədə xatirələr danışılmış, çavuş Cavad Cabir oğlunun heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir. ![]() ![]() Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq “N” saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi qulluq edib. İdmanın güləş və taekvondo növü ilə məşğul olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Cavad İbadov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzulinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. O, döyüşlərə Murovdağ istiqamətindən qatılıb. Oktyabrın 16-da Hadrut döyüşlərində, strateji əhəmiyyətli yüksəkliyin alınması zamanı şəhid olub. 40 gündən çox müddətdə haqqında heç bir xəbər alınmayıb. Şəhidin nəşi 29 noyabr 2020-ci il tarixdə Masallı şəhər qəbiristanlığında torpağa tapşırılıb. Subay idi. Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavad Cabir oğlu İbadov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. www.yeniheyet.az Вернуться назад |