• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhid çavuş Cavad İbadovun il mərasimi

    Masallıda şəhid çavuş Cavad İbadovun il mərasimi


    Masallıda şəhid çavuş Cavad İbadovun il mərasimi

    Noyabrın 29-da Masallı şəhərində 44 günlük Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad Cabir oğlu İbadovun il mərasimi keçirilmişdir.
    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran və Gəncə şəhərləri üzə əsgər və zabitləri, şəhid ailələri, qazilər, şəhər sakinləri və başqaları iştirak etmişlər.
    Rayon rəsmiləri əvvəlcə şəhidin evinin qarşısında şəhidlərin şərəfinə ucaldılmış, yenicə istifadəyə verilmiş abidə-bulaq kompleksini ziyarət etmişlər.
    Yeniheyet.az xəbər verir ki, RİH başçısı Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsi haqqında danışmışdır.
     
    Masallının icra başçısı bildirmişdir ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilmişdir. Qalib xalqımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi. Vətən müharibəsi ölkəmizin həyatında yeni tarixi mərhələnin gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Bu gün böyük qürur və fəxr hissi duyuruq ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin varisi Prezident İlham Əliyevin çevik siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin yaddaqalan səhifələri yazıldı. Şəhidlər, Ali Baş Komandan bizə Zəfər sevinci yaşatdılar: «40 il qul kimi yaşamaqdansa 1 gün azad yaşamaq daha yaxşıdır!” (Babək), demişlər. İndi biz azadıq. Ölkəmizə dost və düşmən olan ölkələri tanıdıq. Qələbəmizi qəbul etməyən ölkələr də var. Dünən, noyabrın 28-də
    Azərbaycan Prezidenti cənab İlham Əliyevin Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iclasında iştirak edib, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Pakistan Prezidenti Arif Alvi, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Seyid İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri oldu. Həyat bizə bir dəfə verilir. Cabir kimi kişilərin övladları daim ürəklərdə yaşayacaqlar. Onlar özlərini şəhidlərinin adlarına xəlil gətirəcək heç bir artıq hərəkət etmədilər. Mən bütün masallılardan razıyam. Onlar hamısı böyük-kiçik yerini bilən insanlardır. Cavadlar qısa ömürlərini ləyaqətlə, şərəflə başa vurdular. Biz onlara borcluyuq. Allah möhtərəm Prezidentimizi, ailəsini, Masallımızı, masallıları qorusun. Biz şəhidləri unutsaq-unudularıq»-deyə RİH başçısı qeyd etmişdir.
    Şəhidin ailəsi, şəhər camaatı, qazilər onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişlər.
    Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
    Sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr danışılmış, çavuş Cavad Cabir oğlunun heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.
      
       Məlumat üçün bildirək ki, Cavad Cabir oğlu İbadov 1996-cı ildə dekabrın 10-da Masallı şəhərində doğulub. 2013-cü ildə Masallı şəhər S.Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbini bitirib. 2014-cü ildə hərbi xidmətə yollanıb.
    Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq “N” saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi qulluq edib.
    İdmanın güləş və taekvondo növü ilə məşğul olub.
    Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Cavad İbadov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzulinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. O, döyüşlərə Murovdağ istiqamətindən qatılıb.
    Oktyabrın 16-da Hadrut döyüşlərində, strateji əhəmiyyətli yüksəkliyin alınması zamanı şəhid olub. 40 gündən çox müddətdə haqqında heç bir xəbər alınmayıb.
    Şəhidin nəşi 29 noyabr 2020-ci il tarixdə Masallı şəhər qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
    Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavad Cabir oğlu İbadov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ