Главная > Siyasət / Texnologiya > Masallıda fəallar yığıncağı keçirilib
Masallıda fəallar yığıncağı keçirilib12-12-2021, 13:40. Разместил: yeni321 |
Mühüm və təxirəsalınmaz vəzifələr Dekabrın 11-də Masallı şəhər Mədəniyyət evində fəallar yığıncağı keçirilmişdir. Yığıncaqda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, kəndlər, qəsəbələr və şəhər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları və qərargah üzvləri iştirak ediblər. Yığıncaqda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov gündəlikdə duran 3 məsələ - ev təsərrüfatının uçotunun aparılması, rəqəmsal icra hakimiyyəti və rayonda peyvəndləşmənin gedişatı barədə tədbir iştirakçılarına məlumat verib. Sonra ayrı- ayrılıqda həmin məsələlər haqqında dinləmələr olub. Masallı RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev rayon ərazisində olan ev təsərrüfatının uçotunun aparılması barədə məruzə edib. Məruzəçi S.Əliyev qeyd edib ki, rayon ərazisində olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və daimi seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar ev təsərrüfatları kitabında əks olunan göstəricilərin dövlət əhəmiyyətini nəzərə alaraq, uçot işinin mütəşəkkil qaydada aparılması və yüksək keyfiyyətlə icrasını təmin etmək üçün xüsusi qərargahın yaradılması və fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsini əsas götürərək, Azərbaycan Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamənin» 5.16-cı, 5.1 7-ci və 6.8-ci bəndlərini rəhbər tutaraq yaradılan qərargah üzvlərinin məsuliyyəti onlara izah olunub. Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçının birinci müavini Məmmədhüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı üzrə Masallı rayon, Gəncə şəhər və Qusar rayonlarında maarifləndirmə işlərinə başlanılmasını qeyd edərək bildirib ki, ASAN könüllüləri artıq 20 günə yaxındır ki, layihənin reallaşdırıldığı ərazilərdə, eləcə də rayonumuzda yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşları məlumatlandırırlar. Könüllülərin fəaliyyətinin əsas məqsədi vətəndaşların yeni yaradılan portal haqqında məlumatlandırılması, onlara xidmətlərdən istifadə ilə bağlı dəstəkdir. Könüllülər vətəndaşlara rih.gov.az portalının vətəndaşlara verdiyi üstünlük, yerli icra hakimiyətlərinə onlayn və ya fiziki görüşün əldə edilməsi üçün elektron müraciət, portalda yer almış mümkün elektronlaşdırılmış xidmətlər və s. haqda məlumat verir, portalda onlayn qeydiyyatdan keçmək istəyən vətəndaşlara dəstək olurlar. Könüllülərə fəaliyyətə başlamazdan öncə EHİM əməkdaşları tərəfindən təlimlər keçirilib. Təlimlərdə könüllülərə vətəndaşların yenicə istifadəsinə verilmiş “rih.gov.az” portalının funksionallıqları və fəaliyyət istiqamətləri öyrədilib, eləcə də elektron xidmətlərin imkanları haqqında maarifləndirilməsi, sorğuların aparılması və onları maraqlandıran sualların düzgün cavablandırılması qaydalarından danışılıb. “Rəqəmsal icra hakimiyyəti” layihəsinin əsas hədəfi vahid məkandan xidmətlərə elektron çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, vətəndaş məmnuniyyətinin artırılması, eləcə də daha əsaslı operativ qərar qəbul etməyə nail olunmasıdır. Yeniheyet.az xəbər verir ki, daha sonra Məmmədhüseyn Hüseynov bildirib ki, “Rəqəmsal icra hakimiyyəti” portalı Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi çərçivəsində yaradılıb. Layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir. Layihə ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə - Masallı rayonu, Gəncə şəhəri və Quba rayonunda həyata keçirilir. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib. Masallı RİH başçısı Ş.Məmmədov fəallar yığıncağında bir daha tapşırıq və tövsiyələrini vermiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən insan sağlamlığının qorunması, rayonda peyvəndləşmənin düzgün aparılması sahəsində görülən və qarşıda duran mühüm, təxirəsalınmaz vəzifələrdən danışıb. Axırda fəallar yığıncağında onları maraqlandıran suallara cavablar verilib www.yeniheyet.az Вернуться назад |