• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda fəallar yığıncağı keçirilib

    Masallıda fəallar yığıncağı keçirilib

    Mühüm və təxirəsalınmaz vəzifələr 

    Dekabrın 11-də Masallı şəhər Mədəniyyət evində fəallar yığıncağı keçirilmişdir. Yığıncaqda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, kəndlər, qəsəbələr və şəhər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları və qərargah üzvləri iştirak ediblər.
    Yığıncaqda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov gündəlikdə duran 3 məsələ - ev təsərrüfatının uçotunun aparılması, rəqəmsal icra hakimiyyəti və rayonda peyvəndləşmənin gedişatı barədə tədbir iştirakçılarına məlumat verib.
    Sonra ayrı- ayrılıqda həmin məsələlər haqqında dinləmələr olub.
    Masallı RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev rayon ərazisində olan ev təsərrüfatının uçotunun aparılması barədə məruzə edib.
    Məruzəçi S.Əliyev qeyd edib ki, rayon ərazisində olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və daimi seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar ev təsərrüfatları kitabında əks olunan göstəricilərin dövlət əhəmiyyətini nəzərə alaraq, uçot işinin mütəşəkkil qaydada aparılması və yüksək keyfiyyətlə icrasını təmin etmək üçün xüsusi qərargahın yaradılması və fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsini əsas götürərək, Azərbaycan Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamənin» 5.16-cı, 5.1 7-ci və 6.8-ci bəndlərini rəhbər tutaraq yaradılan qərargah üzvlərinin məsuliyyəti onlara izah olunub.
    Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçının birinci müavini Məmmədhüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı üzrə Masallı rayon, Gəncə şəhər və Qusar rayonlarında maarifləndirmə işlərinə başlanılmasını qeyd edərək bildirib ki, ASAN könüllüləri artıq 20 günə yaxındır ki, layihənin reallaşdırıldığı ərazilərdə, eləcə də rayonumuzda yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşları məlumatlandırırlar. Könüllülərin fəaliyyətinin əsas məqsədi vətəndaşların yeni yaradılan portal haqqında məlumatlandırılması, onlara xidmətlərdən istifadə ilə bağlı dəstəkdir. Könüllülər vətəndaşlara rih.gov.az portalının vətəndaşlara verdiyi üstünlük, yerli icra hakimiyətlərinə onlayn və ya fiziki görüşün əldə edilməsi üçün elektron müraciət, portalda yer almış mümkün elektronlaşdırılmış xidmətlər və s. haqda məlumat verir, portalda onlayn qeydiyyatdan keçmək istəyən vətəndaşlara dəstək olurlar.
    Könüllülərə fəaliyyətə başlamazdan öncə EHİM əməkdaşları tərəfindən təlimlər keçirilib. Təlimlərdə könüllülərə vətəndaşların yenicə istifadəsinə verilmiş “rih.gov.az” portalının funksionallıqları və fəaliyyət istiqamətləri öyrədilib, eləcə də elektron xidmətlərin imkanları haqqında maarifləndirilməsi, sorğuların aparılması və onları maraqlandıran sualların düzgün cavablandırılması qaydalarından danışılıb. “Rəqəmsal icra hakimiyyəti” layihəsinin əsas hədəfi vahid məkandan xidmətlərə elektron çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, vətəndaş məmnuniyyətinin artırılması, eləcə də daha əsaslı operativ qərar qəbul etməyə nail olunmasıdır.
    Yeniheyet.az xəbər verir ki, daha sonra Məmmədhüseyn Hüseynov bildirib ki, “Rəqəmsal icra hakimiyyəti” portalı Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi çərçivəsində yaradılıb. Layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir. Layihə ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə - Masallı rayonu, Gəncə şəhəri və Quba rayonunda həyata keçirilir. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib.
    Masallı RİH başçısı Ş.Məmmədov fəallar yığıncağında bir daha tapşırıq və tövsiyələrini vermiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən insan sağlamlığının qorunması, rayonda peyvəndləşmənin düzgün aparılması sahəsində görülən və qarşıda duran mühüm, təxirəsalınmaz vəzifələrdən danışıb.
    Axırda fəallar yığıncağında onları maraqlandıran suallara cavablar verilib

     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    2. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    4. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    5. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    6. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    7. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    8. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    10. 12:28 Vətənə xidmətdə keçən ömür
    11. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    18. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    20. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    22. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    23. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    24. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    25. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    26. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    27. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    28. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    29. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    30. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    31. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    32. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    35. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    37. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    38. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    39. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    40. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ