• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

    Masallıda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib


    Masallıda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib 

    Mayın 4-də Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının (AKBMA)  ümumi yığıncağı keçirilib.
    Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşları, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin, Azərbaycan Qəsəbə və Şəhər Bələdiyyələrinin Milli Assosiasiyalarının, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, KİV-lərin təmsilçiləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
    Toplantıda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının 2018-ci ildə gördüyü işlər barədə hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, Milli Asssosiasiyanın 2019-cu il üçün büdcəsi müzakirə edilib.
    Yığncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyevin hesabat məruzəsi dinlənilib.
    Ölkəmizdə uğurla davam etdirilən dövlət siyasəti nəticəsində bələdiyyə orqanlarının ictimai-siyası həyatımıza daha yaxından inteqrasiya olunduğunu vurğulayan Ə.Mehdiyev vətəndaşların yerli özünüidarəetmədə fəallığının artdığını diqqətə çatdırıb.
    Qeyd olunub ki, hesabat dövründə Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, həmçinin, QHT-lərlə qarşlıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.
    Bildirilib ki, Milli Assosiasiyalarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ona hesablanıb ki, bələdiyyələrimiz müasir dövrün çağırışına daha yaxından inteqrasiya olunsun, ərazidə prioritet seçilən sosial məsələlər daha tez həllini tapsın.
    Hesabat ilində görülmüş işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub.
    Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bədəliyyələrdə keçirilən “Yerli demokratiya həftəsi” çərçivəsində bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırış şüarların asılması, sosial şəbəkələr və xəbər prtallarında əvvəlcədən yerləşdirilən elanlar həftə tədbirlərinin kütəviliyini xeyli artırıb.
    Diqqətə çatdırılıb ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi, İKT üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi “ üzrə fəaliyyətin üzrə tədiyyəçilərin oçutunun qurlması davam etdilib, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranıb.
    Bu səbəbdən ötən il ölkəmizin kənd bələdiyyələrinin gəlirləri artıb, sosial sifarişli layihələrin icrası sürətlənib.
    Hesabat dövründə Milli Assosiasiyaların “Bir bələdiyyə-azı bir layihə” layihəsi çərçivəsində kənd bələdiyyələri tərəfindən 20 istiqamətdə 3157 layihə üzrə 4,8 milyon manatlıq layihələr icra olunub. Bu il isə 3500 layihənin icrası nəzərdə tutulub.
    2018-ci ilin yekunlarına əsasən kənd bələdiyyələri üzrə yerli büdcə gəlirləri 13,6 milyon manat olub.
    Milli Assosiasiya yerli özünüidarəetmə məsələri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və QHT-lər, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
    Sonra AKBMA-nın Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib.
    Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin deputatları Tahir Rzayev, Kamran Bayramov və Cavid Osmanov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qınbərova, kənd bələdiyyələrinin sədrləri çıxış ediblər.
    Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxışında hesabat dövründə kənd bələdiyyələrinin gördüyü işlərdən, dövlətin bələdiyyələrə qayğısından danışaraq yerli özünüidarəetmə orqanların fəaliyyətində olan nöqsanlar və onların aradan qaldırılması ilə bağlı tövsiyələrini bildirib.
    Kənd bələdiyyələrinin gəlirlərinin ötən illə müqayisədə azaldığını, tədiyyəçilərin düzgün oçuta alınmamasının vergilərin və ödənişlərin yığımına təsir etdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi bələdiyyə üzvlərinin hər zaman seçicilərinin yanında olmasının, onların problemləri ilə yaxından maraqlanmasının vacibliyini diqqətə çatdırıb.
    Toplantıda, həmçinin Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyanın 2019-cu il üçün büdcə layihəsi barədə Milli Assosiasiyanın icraçı katibi Vüsal Pşayevin məlumatı dinlənilib.
    Ümumi yığıncaqda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərar qəbul edilib.
     




     

    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ