Главная > Siyasət > Masallıda şəhidlərin xatirəsi anılıb
Masallıda şəhidlərin xatirəsi anılıb7-01-2022, 19:19. Разместил: yeni321 |
![]() Masallı rayonunun Ərəb kəndində, şəhid Müqəddəs Hacıyev adına ümumi orta məktəbində Vətən müharibəsi şəhidi Masim Qurbanovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə təhsil işçiləri, şəhid valideynləri, kənd sakinləri və məktəblilər iştirak ediblər. ![]() Sonra rayon təhsil şöbəsinin məsləhətçisi Hörmət Balakişiyev, məktəbin müəllimi Sənubər İsmayılova, şəhid Masim Qurbanovun atası, Birinci Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil Hafiz Qurbanov, şəhid Cəbrayıl Qasımovun atası Baloğlan Qasımov və başqalarının çıxışları dinlənilib. Çıxışlarda Masim Qurbanovun həyatı və keçdiyi döyüş yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verilib, şəhidin xatirəsi ehtiramla anılıb. Şagirdlər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. ![]() ![]() Məlumat üçün bildirək ki, Masim Hafiz oğlu Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olub. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsiunə yollanıb. M.Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan ![]() Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi. *** ![]() Qoy düşmən görməsin ağlamısan sən. Başını dik saxla uca dağ kimi, Məni sinəsində yaşadır Vətən. Birinci Qarabağ müharibəsi şəhidi Bəşir Nuriyevin xatirəsi isə qəhrəmanın adını daşıdığı Binə Xocavar kənd tam orta məktəbində anılıb. Anım tədbirində şəhidin doğmaları, Vətən müharibəsi iştirakçıları, məktəbin pedaqoji kollektivi və məktəblilər iştirak ediblər. ![]() ![]() O, 1991-ci ilin axırlarında hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki “N” saylı hərbi hissədə bir neçə ay təlim keçdikdən sonra Bəşirgilin batalyonu Tərtər şəhərinə gətirilib. B.Nuriyev Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, Sərsəng su anbarının, Çıldıranın, Kasapet yüksəkliyinin, Drambonun, Canyataq, Gülyataq və Sırxavəndin alınmasında böyük fədakarlıq göstərib. ![]() Şəhid əsgərin nəşi 1994-cü ilin yanvar ayının 5-də doğma kəndində torpağa tapşırılıb. Subay idi. Binə Xocavar kənd orta məktəbi Bəşir Nuru oğlu Nuriyevin adını daşıyır. ![]() Akif AĞAYEV, www.yeniheyet.az Вернуться назад |