• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhidlərin xatirəsi anılıb

    Masallıda şəhidlərin xatirəsi anılıb

    Ərəb kəndində Vətən müharibəsi şəhidi Masim Qurbanovun, Binə Xocavarda isə Birinci Qarabağ müharibəsi şəhidi Bəşir Nuriyevin xatirəsi anılıb
     
    Masallı rayonunun Ərəb kəndində, şəhid Müqəddəs Hacıyev adına ümumi orta məktəbində Vətən müharibəsi şəhidi Masim Qurbanovun doğum günü ilə əlaqədar tədbir keçirilib.
    Tədbirdə təhsil işçiləri, şəhid valideynləri, kənd sakinləri və məktəblilər iştirak ediblər.
    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra rayon təhsil şöbəsinin məsləhətçisi Hörmət Balakişiyev, məktəbin müəllimi Sənubər İsmayılova, şəhid Masim Qurbanovun atası, Birinci Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil Hafiz Qurbanov, şəhid Cəbrayıl Qasımovun atası Baloğlan Qasımov və başqalarının çıxışları dinlənilib.
    Çıxışlarda Masim Qurbanovun həyatı və keçdiyi döyüş yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verilib, şəhidin xatirəsi ehtiramla anılıb.  
    Şagirdlər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
    Sonda şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət edilib.
     
    Məlumat üçün bildirək ki, Masim Hafiz oğlu Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olub. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsiunə yollanıb.
    M.Qurbanov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan
    Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.
    Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.


                                                              ***
    Sil göz yaşlarını, yaxşı sil, ana,
    Qoy düşmən görməsin ağlamısan sən.
    Başını dik saxla uca dağ kimi,
    Məni sinəsində yaşadır Vətən.

    Birinci Qarabağ müharibəsi şəhidi Bəşir Nuriyevin xatirəsi isə qəhrəmanın adını daşıdığı Binə Xocavar kənd tam orta məktəbində anılıb.
    Anım tədbirində şəhidin doğmaları, Vətən müharibəsi iştirakçıları, məktəbin pedaqoji kollektivi və məktəblilər iştirak ediblər.
    Məktəbin direktoru Ülvi Rufullayev, müəllim Hörmət Məmmədli, şəhidin qardaşları Nurəddin və Qasim Nuriyevlər Bəşir Nuriyevin şərəfli döyüş yolundan danışıblar, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
    Bildirilib ki, şəhid Bəşir Nuru oğlu Nuriyev 5 iyun 1973-cü ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. 1988-ci ildə kənd natamam orta məktəbini bitirdikdən sonra təhsilini Göytəpə texniki-peşə məktəbində davam etdirib, traktorçu-sürücü peşəsinə yiyələnib.
    O, 1991-ci ilin axırlarında hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki “N” saylı hərbi hissədə bir neçə ay təlim keçdikdən sonra Bəşirgilin batalyonu Tərtər şəhərinə gətirilib. B.Nuriyev Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, Sərsəng su anbarının, Çıldıranın, Kasapet yüksəkliyinin, Drambonun, Canyataq, Gülyataq və Sırxavəndin alınmasında böyük fədakarlıq göstərib.
    Sırxavənd döyüşlərindən sonra Bəşirə məzuniyyət verilib. O, məzuniyyətinin başa çatmasını gözləməyərək yenidən döyüş meydanına qayıdıb. Növbəti hücum əməliyyatı zamanı şəhid olub.
    Şəhid əsgərin nəşi 1994-cü ilin yanvar ayının 5-də doğma kəndində torpağa tapşırılıb. Subay idi.
    Binə Xocavar kənd orta məktəbi Bəşir Nuru oğlu Nuriyevin adını daşıyır.
      Sonra şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət olunub, önünə əklil və gül dəstələri düzülüb.

    Akif AĞAYEV,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ