• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Viləş kəndində şəhidlərin xatirəsi anılıb

    Masallının Viləş kəndində şəhidlərin xatirəsi anılıb

     

    Şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi anılıb

     
    Masallı rayonunun Viləş kənd məktəbində şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi anılıb
    Dekabrın 3-xdə Viləş kənd tam orta məktəbində şəhidlər - aprel şəhidi Nurlan Əsgərli və şəhid Sehran Hacıyevin doğum günləri ilə əlaqədar anım tədbiri keçirilib.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Viləş ərazi dairəsi üzrə nümayəndəliyi, kənd sakinləri, ağsaqqallar və ziyalılar, şəhidlərin valideynləri, müəllimlər və şagirdlər iştirak ediblər.
    Anım tədbirində Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
     
    Masallı Rayon İcra Hakimiyyətinin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov hər iki şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolunndan söhbət açıb.
    Qeyd edilib ki, Viləş kənd tam orta məktəbinin məzunları - Milli Ordunun əsgəri Sehran Hacıyev 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə, gizir Nurlan Əsgərov isə 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olublar.
    Viləş kənd tam orta məktəbinə şəhid Sehran Hacıyevin, Nurlan Əsgərovun yaşadığı evin ərazisində yerləşən küçəyə isə şəhid gizirin adı verilib.
    Xatirə tədbirində çıxış edənlər vətənpərvərlik hissini, şəhidlik məqamını ucalıq, müqəddəslik rəmzi kimi səciyyələndirərək, şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin şəhidlərin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərdən danışıb, ölkəmizdə müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlıq bildiriblər.
     
    Tədbirdə Viləş kəndinin yeddi şəhidinin - Seyran Hacıyev, Nurlan Əsgərov, İmran İbrahimov, Füzuli Rzayev, Belim Yevgeniy, Zahir Bəyəliyev və İslam Abışov kimi dövlətçiliyimiz, müstəqilliyimiz və Vətənimiz uğrunda canlarından keçən övladların heç vaxt unudulmayacağı bildirilib.
    Anım mərasimində məktəblilər şəhidlərə, Vətənə, Ali Baş Komandana həsr olunmuş seirlər ifa edib, hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
    Tədbirin sonunda şəhidlərin məzarları ziyarət olunub.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ