Главная > Siyasət / Təhsil > “Narkomaniya bəşəri bəladır” – Masallıda tədbir

“Narkomaniya bəşəri bəladır” – Masallıda tədbir


17-01-2022, 18:29. Разместил: yeni321

“Narkomaniya bəşəri bəladır” – Masallıda tədbir

Masallı rayonunun Təzə Alvadı kəndi Elşad Əhədov adına 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis (RPŞ) və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə “Narkomaniya bəşəri bəladır” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon polis şöbəsinin rəis müavini Elşən Talıbov, təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən, narkomanlığa qarşı mübarizə sahəsində müvafiq qurumların, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışılıb.
Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад