“Narkomaniya bəşəri bəladır” – Masallıda tədbir

Masallı rayonunun Təzə Alvadı kəndi Elşad Əhədov adına 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis (RPŞ) və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə “Narkomaniya bəşəri bəladır” mövzusunda seminar-treninq keçirilib.

Çıxışlarda mövzunun əhəmiyyətindən, narkomanlığa qarşı mübarizə sahəsində müvafiq qurumların, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışılıb.
Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib.

www.yeniheyet.az