Главная > Siyasət > “Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarına xidmət edir” - Seyfəddin Əliyev
“Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarına xidmət edir” - Seyfəddin Əliyev24-02-2022, 12:11. Разместил: admin44 |
"Artıq hakimiyyətdə olduğu son 18 il ərzində Prezident İlham Əliyev dövlət başçısı olaraq istər ölkəmizdə, istərsə də xaricdə ardığıl olaraq böyük əhəmiyyət daşıyan sənədlərə imzalar atır. Və hər yerdə də sözü imzası qədər güclü olan Azərbaycan Prezidenti həmin imzalanan sənədlərin hansılarısa dövlət həyatının gündəlik gedişi ilə bağlıdırsa, bir qismi isə ölkənin, xalqın, dövlətin bugünü və sabahı, müqəddəratı ilə əlaqədardır. Fevralın 22-də Moskvada Azərbaycan dövlət başçımız Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə birgə imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə” müasir tariximizdə məxsusi çəkisi və əhəmiyyəti ilə seçilən sənədlərdəndir. Və Prezident İlham Əliyevin atdığı hər bir addım, qəbul etdiyi hər bir qərar ən başda məhz müstəqilliyimizi daha artıq qorumaq, möhkəmləndirmək naminədir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə Rusiya ən yaxındakı böyük qonşumuzdur və son 2 əsr içində biz də, bizim kimi bir zamanlar Çar imperiyasının tabeçiliyində, daha sonra SSRİ-nin tərkibində olmuş, indi müstəqil dövlətlər kimi ömrünü sürənlər də Rusiya ilə təbii olaraq bir çox münasibətlər və əlaqələrlə sıx bağlıyıq: «Bu, gerçəklikdir və biz siyasətimizi müəyyənləşdirərkən, xəttimizi apararkən daim həmin amili diqqətdə saxlamalıyıq. Prezident İlham Əliyevin fevralın 22-də Kremldə imzaladığı növbəti sənəd – Rusiya Federasiyası ilə Azərbaycan arasındakı qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə bugünün sabahını hadisələrin tən mərkəzində dayanaraq hər kəsdən daha öncə görən, millətini daha firavan və xoşbəxt, dövlətini daha güclü və uğurlu, müstəqilliyimizi daha təhlükəsiz və möhkəm etməyi bütün varlığı ilə arzulayan və bu yolda usanmadan çalışan Qalib Liderimiz, Azərbaycan Prezidentinin növbəti diplomatik uğurudur". Seyfəddin Əliyev onu da vurğulayıb ki, öz milli maraqlarına cavab verən müstəqil xarici siyasət yürüdən Azərbaycan, bütün ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq tərəfdaşlarının da maraqlarını nəzərə alır, multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir: "Belə ki, Qoşulmama Hərəkatı kimi böyük siyasi təsisata 3 ildən artıqdır ki, sədrlik edən Azərbaycanın bir sıra taleyüklü problemlərin həlli ilə bağlı irəli sürdüyü təşəbbüslər və atdığı addımlar bunun əyani sübutudur. Regional təhlükəsizlik və sabitlik, iqtyisadi inkişaf müstəvisində çoxtərəfli əməkdaşlığı təbliğ edən, bu işə öz töhfəsini verən Azərbaycan uzun illərdir ki, qonşu ölkələrlə beynəlxalq hüquq normalarına söykənən münasibətlərin qurulması siyasəti aparır və onlarla yüksək səviyyəli əlaqələrin yaradıllmasını prioritet sahələrdən biri sayır. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycanın «Dəmir yumruğu», Türkiyə və Rusiyanın siyasi dəstəyi nəticəsində Vətən müharibəsindəki Zəfərimizdən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiyanın əsas aktorları da məhz bu 3 ölkə oldu. Məhz Moskva Bəyannaməsində tərəflərin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörməti, bir-birinin daxili işlərinə qarışmamaq niyyəti, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürməsi müddəaları öz əksini tapıb". 43 bənddən ibarət olan bu sənədin Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra inkişaflı yol xəritəsi adlandıran Seyfəddin Əliyev onu da vurğulayıb ki, “Moskva Bəyannaməsi”nə əsasən, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür: "Tərəflər ,eyni zamanda, müttəfiqlik münasibətlərinə xələl gətirən, bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək,öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bəyanamə ümumilikdə 43 müddəadan ibarətdir və demək olar ki, bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Və Ermənistanın ölkəmizə ərazi iddiaları əsasında regionu fəlakətə sürükləmiş 30 illik münaqişəyə xitam verən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanan Moskva Bəyannaməsi Azərbaycanla Rusiyanın gələcəkdə belə hallara yol verməmək əzmində olduqlarını nümayiş etdirir. Yəni Müttəfiqlik Bəyannaməsi 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçaqlar verir. Məsələn, sənəddə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Bu, Azərbaycana separatist və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir. Bir sözlə, Müttəfiqlik Bəyannaməsinin imzalanması iki dost ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, daha da dərinləşəcəyini, iqtisadi əlaqələrin isə ən yüksək səviyyəyə yüksələcəyini təsdiqlədi". Dövlət başçımızın dediyi kimi: "Bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik". www.yeniheyet.az Вернуться назад |