• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarına xidmət edir” - Seyfəddin Əliyev

    “Moskva Bəyannaməsi Azərbaycanın milli maraqlarına xidmət edir” - Seyfəddin Əliyev


    "Artıq hakimiyyətdə olduğu son 18 il ərzində Prezident İlham Əliyev dövlət başçısı olaraq istər ölkəmizdə, istərsə də xaricdə ardığıl olaraq böyük əhəmiyyət daşıyan sənədlərə imzalar atır. Və hər yerdə də sözü imzası qədər güclü olan Azərbaycan Prezidenti həmin imzalanan sənədlərin hansılarısa dövlət həyatının gündəlik gedişi ilə bağlıdırsa, bir qismi isə ölkənin, xalqın, dövlətin bugünü və sabahı, müqəddəratı ilə əlaqədardır. Fevralın 22-də Moskvada Azərbaycan dövlət başçımız Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti ilə birgə imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə” müasir tariximizdə məxsusi çəkisi və əhəmiyyəti ilə seçilən sənədlərdəndir. Və Prezident İlham Əliyevin atdığı hər bir addım, qəbul etdiyi hər bir qərar ən başda məhz müstəqilliyimizi daha artıq qorumaq, möhkəmləndirmək naminədir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu ilə bağlı açıqlamasında bildirib.

    Onun sözlərinə görə Rusiya ən yaxındakı böyük qonşumuzdur və son 2 əsr içində biz də, bizim kimi bir zamanlar Çar imperiyasının tabeçiliyində, daha sonra SSRİ-nin tərkibində olmuş, indi müstəqil dövlətlər kimi ömrünü sürənlər də Rusiya ilə təbii olaraq bir çox münasibətlər və əlaqələrlə sıx bağlıyıq: «Bu, gerçəklikdir və biz siyasətimizi müəyyənləşdirərkən, xəttimizi apararkən daim həmin amili diqqətdə saxlamalıyıq. Prezident İlham Əliyevin fevralın 22-də Kremldə imzaladığı növbəti sənəd – Rusiya Federasiyası ilə Azərbaycan arasındakı qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə bugünün sabahını hadisələrin tən mərkəzində dayanaraq hər kəsdən daha öncə görən, millətini daha firavan və xoşbəxt, dövlətini daha güclü və uğurlu, müstəqilliyimizi daha təhlükəsiz və möhkəm etməyi bütün varlığı ilə arzulayan və bu yolda usanmadan çalışan Qalib Liderimiz, Azərbaycan Prezidentinin növbəti diplomatik uğurudur".

    Seyfəddin Əliyev onu da vurğulayıb ki, öz milli maraqlarına cavab verən müstəqil xarici siyasət yürüdən Azərbaycan, bütün ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq tərəfdaşlarının da maraqlarını nəzərə alır, multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir: "Belə ki, Qoşulmama Hərəkatı kimi böyük siyasi təsisata 3 ildən artıqdır ki, sədrlik edən Azərbaycanın bir sıra taleyüklü problemlərin həlli ilə bağlı irəli sürdüyü təşəbbüslər və atdığı addımlar bunun əyani sübutudur. Regional təhlükəsizlik və sabitlik, iqtyisadi inkişaf müstəvisində çoxtərəfli əməkdaşlığı təbliğ edən, bu işə öz töhfəsini verən Azərbaycan uzun illərdir ki, qonşu ölkələrlə beynəlxalq hüquq normalarına söykənən münasibətlərin qurulması siyasəti aparır və onlarla yüksək səviyyəli əlaqələrin yaradıllmasını prioritet sahələrdən biri sayır. Məhz 44 günlük Vətən müharibəsində Azərbaycanın «Dəmir yumruğu», Türkiyə və Rusiyanın siyasi dəstəyi nəticəsində Vətən müharibəsindəki Zəfərimizdən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiyanın əsas aktorları da məhz bu 3 ölkə oldu. Məhz Moskva Bəyannaməsində tərəflərin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörməti, bir-birinin daxili işlərinə qarışmamaq niyyəti, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürməsi müddəaları öz əksini tapıb".

    43 bənddən ibarət olan bu sənədin Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra inkişaflı yol xəritəsi adlandıran Seyfəddin Əliyev onu da vurğulayıb ki, “Moskva Bəyannaməsi”nə əsasən, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür: "Tərəflər ,eyni zamanda, müttəfiqlik münasibətlərinə xələl gətirən, bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək,öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bəyanamə ümumilikdə 43 müddəadan ibarətdir və demək olar ki, bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Və Ermənistanın ölkəmizə ərazi iddiaları əsasında regionu fəlakətə sürükləmiş 30 illik münaqişəyə xitam verən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanan Moskva Bəyannaməsi Azərbaycanla Rusiyanın gələcəkdə belə hallara yol verməmək əzmində olduqlarını nümayiş etdirir. Yəni Müttəfiqlik Bəyannaməsi 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçaqlar verir. Məsələn, sənəddə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Bu, Azərbaycana separatist və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir. Bir sözlə, Müttəfiqlik Bəyannaməsinin imzalanması iki dost ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, daha da dərinləşəcəyini, iqtisadi əlaqələrin isə ən yüksək səviyyəyə yüksələcəyini təsdiqlədi".

    Dövlət başçımızın dediyi kimi: "Bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik".



    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ