Главная > Siyasət > Uğurlu diplomatiya, qüdrətli dövlət, beynəlxalq nüfuz
Uğurlu diplomatiya, qüdrətli dövlət, beynəlxalq nüfuz3-04-2022, 13:19. Разместил: admin44 |
Müdrik lider, qalib sərkərdə, möhtərəm Prezidentimiz İlham Əliyev rəhbəri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Ümummilli lider Heydər Əliyev 2003-cü il 1 okt¬yabr tarixli xalqa müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi dəyərləndirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin ina¬mını diqqətə çatdırdı: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...” Bəli, Ulu Öndər inamında yanılmadı. Respublikamız son 18 ildə özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri bu gün real məzmun kəsb edir. Növbəti seçkilərdə - 2018-ci ilin aprelində də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev hər bir sahədə islahatların keçirilməsini qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirdi. Azərbaycan beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi. Dəfələrlə şahid olmuşuq ki, Prezidentimiz harada çıxış etməsindən asılı olmayaraq qarşı tərəf üzərində üstünlüyə nail olur. Beynəlxalq tribunalardan səsləndirdiyi mesajlardakı qətiyyətli, dəyişməz mövqeyi möhkəm siyasi iradə və uzaqgörənliyinin göstəricisidir desək, yanılmarıq. Bacarıqlı siyasi xadim, mahir diplomat kimi hər dəfə konkret fakt və sübutlarla Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açıqlamaqla beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Bu gün ölkə rəhbərinin coxşaxəli siyasəti Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzlərilə qarşılıqlı münasibətlərin qurulmasına şərait yaradıb. Dünya ölkələrinə vacib tərəfdaş kimi tanınan müstəqil dövlətimiz, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv, BMT TŞ-na qeyri-daimi üzv seçildi. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqidir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq peşəkar diplomatiyanın təzahürünə çevrildi. 2016-cı ildə XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu. Qoşulmama Hərəkatının Bakıda keçirilmiş XVIII Zirvə Görüşü zamanı bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqlik nümayiş etdirildi. Belə nümunələri çox sadalamaq olar... Ölkəmizin Avropa İttifaqı ilə, NATO ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının Avropa Qonşu¬luq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açıldı. Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyilə torpaqlarımızı 30 illik işğaldan azad etdi. Xalqımızın birliyi azğın düşmənin müqavimət potensialını heçə endirildi. Möhtəşəm Zəfərimiz hər birimizin qürur mənbəyinə çevrildi. Bu gün davamlı inkişaf yolu ilə irəliləyən, dünya siyasətində nüfuzlu dövlət kimi tanınan Azərbaycana, onun rəhbərinin rəyinə beynəlxalq aləm hörmət və ehtiramla yanaşır. Əlifağa YAQUBOV, Masallı rayonu, Ərkivan qəsəbə sakini, Yeni Azərbaycan Partiyasının üzvü. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |