• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Uğurlu diplomatiya, qüdrətli dövlət, beynəlxalq nüfuz

    Uğurlu diplomatiya, qüdrətli dövlət, beynəlxalq nüfuz


    Müdrik lider, qalib sərkərdə, möhtərəm Prezidentimiz İlham Əliyev rəhbəri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Ümummilli lider Heydər Əliyev 2003-cü il 1 okt¬yabr tarixli xalqa müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi dəyərləndirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin ina¬mını diqqətə çatdırdı: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...”

    Bəli, Ulu Öndər inamında yanılmadı. Respublikamız son 18 ildə özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri bu gün real məzmun kəsb edir.

    Növbəti seçkilərdə - 2018-ci ilin aprelində də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev hər bir sahədə islahatların keçirilməsini qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirdi. Azərbaycan beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi. Dəfələrlə şahid olmuşuq ki, Prezidentimiz harada çıxış etməsindən asılı olmayaraq qarşı tərəf üzərində üstünlüyə nail olur. Beynəlxalq tribunalardan səsləndirdiyi mesajlardakı qətiyyətli, dəyişməz mövqeyi möhkəm siyasi iradə və uzaqgörənliyinin göstəricisidir desək, yanılmarıq. Bacarıqlı siyasi xadim, mahir diplomat kimi hər dəfə konkret fakt və sübutlarla Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açıqlamaqla beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

    Bu gün ölkə rəhbərinin coxşaxəli siyasəti Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzlərilə qarşılıqlı münasibətlərin qurulmasına şərait yaradıb. Dünya ölkələrinə vacib tərəfdaş kimi tanınan müstəqil dövlətimiz, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir.

    Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv, BMT TŞ-na qeyri-daimi üzv seçildi. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqidir.
    Türkiyə və Rusiya ilə müttəfiq olmaq peşəkar diplomatiyanın təzahürünə çevrildi.

    2016-cı ildə XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu. Qoşulmama Hərəkatının Bakıda keçirilmiş XVIII Zirvə Görüşü zamanı bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqlik nümayiş etdirildi. Belə nümunələri çox sadalamaq olar...

    Ölkəmizin Avropa İttifaqı ilə, NATO ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının Avropa Qonşu¬luq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açıldı. Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib.

    44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyilə torpaqlarımızı 30 illik işğaldan azad etdi. Xalqımızın birliyi azğın düşmənin müqavimət potensialını heçə endirildi. Möhtəşəm Zəfərimiz hər birimizin qürur mənbəyinə çevrildi.

    Bu gün davamlı inkişaf yolu ilə irəliləyən, dünya siyasətində nüfuzlu dövlət kimi tanınan Azərbaycana, onun rəhbərinin rəyinə beynəlxalq aləm hörmət və ehtiramla yanaşır.

    Əlifağa YAQUBOV,
    Masallı rayonu, Ərkivan qəsəbə sakini,
    Yeni Azərbaycan Partiyasının üzvü.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ