Azərbaycan Prezidentinə yazırlar
- 19-09-2025, 17:17
- Maraqlı
- 0
- 233

Hörmətli cənab Prezident,
Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Ölkəmizdə yol infrastrukturunun yenilənməsi Sizin diqqətdə saxladığınız əsas sahələrdən biridir. Sizin birbaşa tapşırıq və sərəncamlarınız əsasında respublikanın bütün guşələrində bu istiqamətdə mühüm işlər görülüb. Sizin söylədiyiniz “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir” sözləri bu infrastrukturun önəmini bir daha təsdiqləyir.
Sizin bu yaxınlarda imzaladığınız Sərəncam beş yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişinin təmin olunması, rifahının daha da yüksəldilməsi istiqamətində atdığınız növbəti mühüm addımdır. Sizə bir daha minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Siz gördüyünüz bütün işlərlə hər dəfə sübut edirsiniz ki, hər bir azərbaycanlının Prezidentiniz, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemlərinin həlli, təhlükəsizliyinin, xoşbəxtliyinin təmini dayanır.
Biz Sizə inanırıq, Sizi dəstəkləyirik, ətrafınızda sıx birləşmişik.
Sizə gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Var olun, möhtərəm Prezident!
Hörmətlə,
Akif Qurbanov
Azərbaycan Respublikası, Masallı rayonu, Molalan kəndi.





























