• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalq və dövlət üçün yaşanmış ömür

    Xalq və dövlət üçün yaşanmış ömür

     

    Xalq və dövlət üçün yaşanmış ömür

     
    Mayın 9-da Masallı şəhər Heydər Əliyev Mərkəzində “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans keçirilmişdir.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasınının 96-cı ildönümünə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Parkında ulu öndərin həyat və yaradıcılığından bəhs edən kitablara, rayon məktəblilərinin əl işlərinə baxış keçirmişlər.
    Daha sonra mərkəzin konfrans zalında tədbir davam etdirilmişdir.
    Konfransı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan xalqının böyük oğlu, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ili tamam olur. Bu münasibətlə sizin hər birinizi təbrik edir və ulu öndərin ideyalarının həyata keçməsinin ifadəsi olan Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
    Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir.
    Rayon rəhbəri bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
    Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
    Konfransda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salaraq möhtərəm Prezidentimiz İlham Əliyevin bu tezisini səsləndirib: “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır”. S.Əliyev qeyd etmişdir ki, bu inam hələ cənab İlham Əliyev ilk dəfə, yəni, 2003-cü ildə Prezident seçiləndə ifadə olunub. Həmin vaxtdan bizi 16 illik zaman ayırır. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirir ki, Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
    Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu baxımdan xalqımızın müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
    Ulu öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.
    Məruzəçi daha sonra vurğulamışdır ki, ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.
    Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olunmuş, sənaye istehsalı 2,7 dəfə artmış və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəlmişdi. 1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi onun müdrikliyinin ittifaq rəhbərliyi səviyyəsində etirafı olmuşdur. Ümummilli liderin səlahiyyət dairəsinə nəqliyyatdan sənayeyə, neftdən sosial infrastrukturadək iqtisadiyyatın ən önəmli sahələri, həmçinin mədəniyyət, Yaxın Şərq diplomatiyası kimi olduqca vacib istiqamətlər aid idi. Bu dövrdə Heydər Əliyev ittifaq miqyasında, ən əsası isə xaricdə görkəmli dövlət xadimi, qurucu lider, birləşdirici siyasətçi kimi tanınmış və qəbul edilmişdi.
    S.Əliyev demişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev yorulmadan, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Ulu öndər ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.
    Prezident təqaüdçüsü Şirvan Əbilov, Hacıtəpə kənd məscidinin dini icma sədri Nəcəfqulu Quliyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, YAP rayon təşkilatının gənc fəalı Fərid Əyyubzadə və şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açmışlar.
    “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov yekunlaşdırmışdır.
    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 2018-2019-cu dərs ilində ölkə ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin II dərəcəli diplomun qalibi Yolağac kənd tam orta məktəbinin XI sinif şagirdi İlkanə Sovziyevanı təbrik etmişlər.
     


     
     

    “Yeni həyat”,
    www.yeniheyet.az
     
       шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    2. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    3. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    5. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    6. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    7. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    8. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    9. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    10. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    11. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    12. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    13. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    14. 23:30 22 iyul Milli Mətbuat günü
    15. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    16. 23:00 22 iyul Milli Mətbuat Günü 
    17. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    18. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    19. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    20. 11:06 Azərbaycan mətbuatı – 150
    21. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    22. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    23. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    24. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    25. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    26. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    28. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    29. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    30. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    31. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    32. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    33. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    34. 16:08 Masallıda taxıl biçini başa çatdı
    35. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    36. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    37. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    38. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    39. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    40. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ