Главная > Siyasət > Dövlət başçımızın dünyada böyük nüfuzu
Dövlət başçımızın dünyada böyük nüfuzu8-04-2022, 15:07. Разместил: admin44 |
6 aprel 2022-ci il tarixi günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə işgüzar səfərdə olmuşdur. Səfər zamanı dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü və həmçinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən məntiqli,düşünülmüş və məqsədyönlü siyasətin növbəti təntənəsi olmaqla cənab prezidentin və xalqımızın növbəti uğurudur. 2021-ci il dekabrın 14-də keçirilən ilk üçtərəfli görüş, proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar, telefon danışıqları sülh gündəliyinin əsasını qoydu.Aparılan danışıqlar,intensiv təmaslar,keçirilən görüşlər nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Beş saata yaxın davam edən görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınaraq, hər iki ölkənin xarici işlər nazirliklərinə müvafiq təlimatlar verildi. Bu razılaşmanın əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Həmçinin Avropa İttifaqı tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərilməsinin də nəzərdə tutulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılmasının qərara alınması vacib elementlərdəndir. Sənəddə diqqət çəkən əsas məqamlardan biri də “Dağlıq Qarabağ” ifadəsinin və lüzumsuz fəaliyyətilə tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinadın olmasıdır.Bu fakt həm də onu göstərir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupunu lazımsız təsisata çevrərək yaratdığı yeni reallığı Avropa İttifaqı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Artıq Avropa İttifaqı yaranan yeni reallıqlar, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Son aylarda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə dünya liderləri tərəfindən ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Sülh müqaviləsinin imzalanması region ölkələrinin inkişafına xidmət edəcək. Əminik ki, bundan sonra da uğurlarımız davam edəcək, doğma Azərbaycanımız günü-gündə daha da qüdrətlənəcək! Seyfəddin ƏLİYEV, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |