• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dövlət başçımızın dünyada böyük nüfuzu

    Dövlət başçımızın dünyada böyük nüfuzu


    6 aprel 2022-ci il tarixi günündə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Brüsseldə işgüzar səfərdə olmuşdur. Səfər zamanı dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü və həmçinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri  Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən məntiqli,düşünülmüş və məqsədyönlü siyasətin növbəti təntənəsi olmaqla cənab prezidentin və xalqımızın növbəti uğurudur.

    2021-ci il dekabrın 14-də keçirilən  ilk üçtərəfli görüş,  proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar,  telefon danışıqları sülh gündəliyinin əsasını qoydu.Aparılan danışıqlar,intensiv təmaslar,keçirilən görüşlər nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.

    Beş saata yaxın davam edən görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınaraq, hər iki ölkənin xarici işlər nazirliklərinə müvafiq təlimatlar verildi. Bu razılaşmanın əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

    Həmçinin Avropa İttifaqı tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərilməsinin də nəzərdə tutulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılmasının  qərara alınması vacib elementlərdəndir.

    Sənəddə diqqət çəkən əsas məqamlardan biri də “Dağlıq Qarabağ” ifadəsinin  və lüzumsuz fəaliyyətilə tarixin  arxivinə göndərilmiş  ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinadın olmasıdır.Bu fakt həm də onu göstərir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupunu lazımsız təsisata çevrərək yaratdığı yeni reallığı Avropa İttifaqı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır.

    Artıq Avropa İttifaqı yaranan yeni reallıqlar, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Son  aylarda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə dünya liderləri tərəfindən ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Sülh müqaviləsinin imzalanması region ölkələrinin inkişafına xidmət edəcək. Əminik ki, bundan sonra da uğurlarımız davam edəcək, doğma Azərbaycanımız  günü-gündə daha da qüdrətlənəcək!



    Seyfəddin ƏLİYEV,
    Yeni Azərbaycan Partiyası

    Masallı Rayon Təşkilatının sədri.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ