Главная > Siyasət > QHT sədri: Azərbaycanın regionda yaratdığı reallıqlar qlobal miqyasda da artıq qəbul olunur
QHT sədri: Azərbaycanın regionda yaratdığı reallıqlar qlobal miqyasda da artıq qəbul olunur10-04-2022, 08:05. Разместил: admin44 |
Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirilən görüşlərdən əldə olunan nəticələr dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti uğurudur. Bu fikirləri açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova söyləyib. QHT sədri diqqətə çatdırıb ki, bu, Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda artıq qəbul olunduğunu göstərir. 2020-ci ildə ərazilərini Ermənistan işğalından azad edən Azərbaycan xalqı parlaq Zəfəri ilə dünyaya öz gücünü, birliyini nümayiş etdirdi. Hər zaman sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın suveren hüquqlarına hörmət bəslənilir, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşılır. Ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar prosesin normal inkişafı, yəni, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hərəkətə keçiblər. Təbii ki, onları hərəkətə keçməyə vadar edən ən əsas məsələ Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən mövqeyidir. Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. A.Bağırova vurğulayıb ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Hazırda Ermənistanda gedən müzakirələr də göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. QHT sədri bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı bəyanatı konkret məsələlərlə bağlı artıq konkret razılaşmaların əldə olunduğunu göstərir. İlk növbədə, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayan Aİ Prezidenti bu məqsədlə 2021-ci il noyabrın 26-da imzalanan Soçi bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkilinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir. Artıq Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. “Üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul olunduğunu nümayiş etdirən məqamlardan biri də kommunikasiyaların açılması, dəmir və avtomobil yollarının çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı razılaşmanın əldə edilməsidir. Brüsseldə əldə olunan razılaşmalar mahiyyət etibarilə mühüm əhəmiyyətə malikdir. Bu razılaşmalar üçtərəfli bəyanatların həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər verir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |