• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » QHT sədri: Azərbaycanın regionda yaratdığı reallıqlar qlobal miqyasda da artıq qəbul olunur

    QHT sədri: Azərbaycanın regionda yaratdığı reallıqlar qlobal miqyasda da artıq qəbul olunur


    Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirilən görüşlərdən əldə olunan nəticələr dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti uğurudur.

    Bu fikirləri açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova söyləyib.
    QHT sədri diqqətə çatdırıb ki, bu, Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda artıq qəbul olunduğunu göstərir. 2020-ci ildə ərazilərini Ermənistan işğalından azad edən Azərbaycan xalqı parlaq Zəfəri ilə dünyaya öz gücünü, birliyini nümayiş etdirdi. Hər zaman sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın suveren hüquqlarına hörmət bəslənilir, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşılır. Ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar prosesin normal inkişafı, yəni, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hərəkətə keçiblər. Təbii ki, onları hərəkətə keçməyə vadar edən ən əsas məsələ Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən mövqeyidir. Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

    A.Bağırova vurğulayıb ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Hazırda Ermənistanda gedən müzakirələr də göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.
    QHT sədri bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı bəyanatı konkret məsələlərlə bağlı artıq konkret razılaşmaların əldə olunduğunu göstərir. İlk növbədə, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayan Aİ Prezidenti bu məqsədlə 2021-ci il noyabrın 26-da imzalanan Soçi bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkilinin razılaşdırıldığını qeyd edib.

    Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir. Artıq Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

    “Üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul olunduğunu nümayiş etdirən məqamlardan biri də kommunikasiyaların açılması, dəmir və avtomobil yollarının çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı razılaşmanın əldə edilməsidir. Brüsseldə əldə olunan razılaşmalar mahiyyət etibarilə mühüm əhəmiyyətə malikdir. Bu razılaşmalar üçtərəfli bəyanatların həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər verir.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ