Главная > Siyasət > 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi
30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi18-04-2022, 16:55. Разместил: admin44 |
Azərbaycan tarixi boyu erməni təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarında məqsədli şəkildə məskunlaşdırılan ermənilərdən siyasi alət kimi istifadə olunur. Son 1987-ci ildən bəri Azərbaycan xalqına və torpaqlarına terror edilib. Heç nəyə və heç kimə acımadan məhv edilib. İşğal olunmuş torpaqlar narkotik maddələrin daşınma dəhlizinə çevrilmişdir. Ölkənin başına gətirilən fəlakətə beynəlxalq aləm susmaqla cavab verirdi. Müstəqilliyini qazanan gündən erməni vandalizmi dövlətin güc strukturlarının yaratmaqda, iqtisadiyyatını yüksəltməkdə əngəl törədirdi. Ancaq bütün bunlara baxmayaraq Ulu Öndər Heydər Əliyevin təcrübəsi, bacarığı və qətiyyəti sahəsində respublikanın siyasi həyatının bütün sahələrində sürətli görüş yarandı. Prezident İlham Əliyevin düzgün siyasəti Azərbaycanı qüdrətli dövlətə çevirdi. Erməni vandalizminə qarşı 822saylı 30 aprel 1993-cü il, 853 sayli 29 iyul 1993-cü il ,874 saylı 14 oktyab 1993-cü il, 884 saylı 12 noyabr1993-cü il tarixli BMT-nin 4 qətnaməsi var, 30 ildə BMT, ATƏT, Avropa Birliyinin qətnamə və bəyanatları ancaq kağız üzərində qaldı. Bundan həvəslənən ermənilər tez-tez beynəlxalq hüquq normalarını kobud surətdə pozurdu. 12 apreldə 2022-ci ilin birinci rübünə həsr edilmiş müşavirə keçirilmişdir. Görülmüş işlər təhlil və gələcək planlar müzakirə olunmuşdur. Prezident İlham Əliyev daxili və xarici siyasətin bütün məqamlarına toxunmuşdu. Onlardan biri də beynəlxalq təşkilatlarla bağlıdır. Eləcə də ATƏT-in “Minsk qrupuna” münaqişənin həlli üçün verilən mandat de-fakto olaraq etibarsız sayılmasıdır. Minski qrupu 28 illik fəaliyyəti dövründə Azərbaycana və Ermənistana yüzlərlə səfər etmişdir. Ancaq Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT 30 ildə ədalətli qərarlar çıxarsa da, qərarlar qələbəyə qədər kağız üzərində qalmışdı. BMT qərarlarını qəti şəkildə həyata keçirilməsini missiyasını Azərbaycan öz üzərinə götürərək 44 günlük müharibə ilə həll etdi. “Artıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilatlar, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə qəbul ediləndir”- ölkə başçısı bu fikirləri ilə yanaşı onuda qeyd edib ki Ermənistanın silahlanmasına pul ayrılacaqsa biz bunu qeyri-dost atdım kimi qiymətləndirəcəyik. Beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan həm də sülh təftarıdır. Bütün məqsədlər Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaradılmasına, müharibə risklərinin azalmasına, insanların rahat yaşamasına xidmət edir. 1992-ci ilin mart ayında Azərbaycan BMT-yə üzv qəbul edilib. Şuşada Azərbaycanın BMT-yə üzvlüyün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir keçirilmişdir. Bu da Ermənistanda növbəti panikaya, isterikaya səbəb olmuşdur. BMT-dən əlavə digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurludur. BMT-dən sonra ən böyük beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatina hazırda Azərbaycan sədrlik edir. Bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın sədrliyi müddəti bir il daha da uzadıldı. Bu Azərbaycana beynəlxalq aləmin göstərmiş böyük etimadın təzahürüdür. Ölkəmiz bütün hallarda ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm muharibə dövründən sonra Azərbaycanla həmrəy olmuşdur. İslam Əməkdaşlığı təşkilatı Azərbaycan torpaqlarının işğalı dövründə, 4 4 günlük müharibə dövründə dəfərlər ədalətli mövqeyimizi əsk edirən, tarixi-dini abidələri ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar qəbul etmişdir. Hətta təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfər etmişlər. Avropa İttifaqı ilə Azərbaycan təmasları Vətən müharibəsindən sonra daha intensiv xarakter almışdır. 6 aprel tarixində keçirilmiş görüşdə müzakirə olunan məsələlərdə Azərbaycanın 5 prinsipdən ibarət təkliifi qəbul edilmişdir. Yekun kommunikedə “DağlıqQarabağ” adı və münaqişə sözü yoxdur. Ermənistanın 5 prinsipiqəbul etməklə münasibətlərin normallaşmasına tərəf addım atmasıdır. Müharibədən sonra aparılan siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyət ikitərəfli formatda böyük dövlətlərlə, qonşu ölklərlə əlaqələr reallıqlara gətirib çıxarır. Aparılan dəqiq, çevik siyasət, hərbi-siyasi yolla da olsa nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar-qətnamələri 30 ilə yaxın kağız üzərində qalmasında xilas etdi. Əfrail Fərziyev, Masallı rayon Ərkivan qəsəbəsi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |