• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

    30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi


    Azərbaycan tarixi boyu erməni təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarında məqsədli şəkildə məskunlaşdırılan ermənilərdən siyasi alət kimi istifadə olunur. Son 1987-ci ildən bəri Azərbaycan xalqına və torpaqlarına  terror edilib. Heç nəyə və heç kimə acımadan  məhv edilib. İşğal olunmuş torpaqlar narkotik maddələrin daşınma dəhlizinə çevrilmişdir. Ölkənin başına gətirilən fəlakətə beynəlxalq aləm susmaqla cavab verirdi.
             
    Müstəqilliyini qazanan gündən erməni vandalizmi dövlətin güc strukturlarının yaratmaqda,  iqtisadiyyatını yüksəltməkdə əngəl törədirdi. Ancaq bütün bunlara baxmayaraq Ulu Öndər Heydər Əliyevin təcrübəsi, bacarığı və qətiyyəti sahəsində respublikanın siyasi həyatının bütün sahələrində sürətli görüş yarandı.  Prezident İlham Əliyevin düzgün siyasəti Azərbaycanı qüdrətli dövlətə çevirdi.
             
    Erməni vandalizminə qarşı 822saylı 30 aprel 1993-cü il, 853 sayli 29 iyul 1993-cü il ,874 saylı 14 oktyab 1993-cü il, 884 saylı 12 noyabr1993-cü il tarixli BMT-nin 4 qətnaməsi var, 30 ildə  BMT, ATƏT, Avropa Birliyinin qətnamə və bəyanatları ancaq kağız üzərində qaldı. Bundan həvəslənən ermənilər tez-tez beynəlxalq hüquq normalarını kobud surətdə pozurdu.
             
    12 apreldə 2022-ci ilin birinci rübünə həsr edilmiş  müşavirə keçirilmişdir. Görülmüş işlər təhlil  və gələcək planlar müzakirə olunmuşdur.  Prezident İlham  Əliyev daxili və xarici siyasətin bütün məqamlarına  toxunmuşdu. Onlardan biri də beynəlxalq təşkilatlarla bağlıdır.   Eləcə də ATƏT-in  “Minsk qrupuna” münaqişənin həlli üçün verilən mandat de-fakto olaraq etibarsız sayılmasıdır.  Minski qrupu 28 illik fəaliyyəti dövründə Azərbaycana və Ermənistana yüzlərlə səfər etmişdir.  Ancaq  Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT 30 ildə ədalətli qərarlar çıxarsa da, qərarlar qələbəyə qədər kağız üzərində qalmışdı.  
           
    BMT qərarlarını qəti şəkildə həyata keçirilməsini missiyasını Azərbaycan öz üzərinə götürərək 44 günlük müharibə ilə həll etdi.
    “Artıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır  və  istənilən beynəlxalq təşkilatlar, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə qəbul ediləndir”-  ölkə başçısı bu fikirləri ilə yanaşı  onuda qeyd edib ki
    Ermənistanın silahlanmasına pul ayrılacaqsa  biz bunu qeyri-dost atdım kimi qiymətləndirəcəyik.
    Beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan həm də sülh  təftarıdır. Bütün məqsədlər Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaradılmasına, müharibə  risklərinin azalmasına,  insanların rahat yaşamasına xidmət edir.            
    1992-ci ilin mart ayında Azərbaycan  BMT-yə üzv qəbul edilib.  Şuşada  Azərbaycanın   BMT-yə  üzvlüyün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir keçirilmişdir. Bu da Ermənistanda  növbəti panikaya, isterikaya səbəb olmuşdur.  
           
    BMT-dən əlavə digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurludur.  BMT-dən  sonra ən böyük beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatina hazırda Azərbaycan sədrlik edir. Bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın sədrliyi müddəti bir  il daha da uzadıldı. Bu Azərbaycana beynəlxalq aləmin göstərmiş böyük etimadın təzahürüdür.  Ölkəmiz bütün  hallarda ədalətli mövqe nümayiş etdirmişdir.  Birmənalı şəkildə  Qoşulmama  Hərəkatı  həm müharibədən əvvəl,  işğal dövründə, həm muharibə dövründən sonra Azərbaycanla həmrəy olmuşdur.
       
    İslam Əməkdaşlığı təşkilatı Azərbaycan torpaqlarının işğalı dövründə,  4 4 günlük müharibə dövründə  dəfərlər ədalətli mövqeyimizi əsk edirən,  tarixi-dini abidələri ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar  qəbul etmişdir.  Hətta  təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfər etmişlər.
       
    Avropa İttifaqı  ilə Azərbaycan  təmasları Vətən müharibəsindən sonra daha  intensiv xarakter almışdır.  6 aprel tarixində  keçirilmiş görüşdə müzakirə olunan  məsələlərdə Azərbaycanın 5 prinsipdən ibarət təkliifi qəbul edilmişdir. Yekun kommunikedə “DağlıqQarabağ” adı və münaqişə sözü yoxdur. Ermənistanın 5 prinsipiqəbul etməklə münasibətlərin normallaşmasına  tərəf  addım atmasıdır.  Müharibədən sonra aparılan siyasət,  beynəlxalq təşkilatlardakı fəaliyyət ikitərəfli formatda böyük dövlətlərlə, qonşu ölklərlə əlaqələr reallıqlara gətirib çıxarır.
     
    Aparılan dəqiq, çevik siyasət, hərbi-siyasi yolla da olsa nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar-qətnamələri 30 ilə yaxın kağız üzərində qalmasında  xilas  etdi.


    Əfrail  Fərziyev,
    Masallı rayon Ərkivan qəsəbəsi.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ