Главная > Siyasət / Manşet > Masallı rayonunda iftar süfrəsi təşkil edilib
Masallı rayonunda iftar süfrəsi təşkil edilib23-04-2022, 09:36. Разместил: admin44 |
Masallı rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə iftar süfrələri təşkil edilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri, Vətən müharibəsi şəhid ailələri, qaziləri, aztəminatlı ailələr iştirak ediblər. İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə minnətdarlıqlarını çatdırıblar. Mərasimdəki çıxışında icra başçısı Şahin Məmmədov mübarək iftar süfrəsində iştirak edənləri salamlayaraq bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Masallı rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə şatdırıb. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından vurğulayaraq bildirib ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Şahin Məmmədov xüsusilə qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdirlər. Tədbirdə iştirak edənlər Azərbaycanın bugünkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |